"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 377
Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
Mətbuat xidmətinin məlumatı 12 Avqust, 2026

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və dayanıqlı qayıdışı qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Məskunlaşdırma prosesi yalnız yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında həyata keçirilir.

Bununla belə, Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövcud qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər formalaşdırmağa cəhd göstərirlər.

Belə ki sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda mənzil verilməsini, eyni zamanda müxtəlif sosial media paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb etmişdir.

Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilmiş, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilmişdir. Buna baxmayaraq, bu hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməmiş, məsələ əsasən emosional müstəvidə təqdim olunmuşdur.

Monitorinq materialları göstərir ki, müxtəlif video materiallar "Kanal 15 TV" loqosu ilə şəxsi sosial media hesablarında paylaşılmış, Dövlət Komitəsinin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilmişdir. Nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfin mövqeyi təqdim olunmuş, müraciət üzrə aparılmış araşdırmalar, verilmiş rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar barədə məlumatlar əks etdirilməmişdir.

Böyük Qayıdış prosesinə kölgə salmağa yönəlmiş ardıcıl və məqsədyönlü fəaliyyət aparan şəxslərdən biri də İntiqam Türbəndəyevdir. Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün Türbəndəyev İntiqam Elman oğlu sosial şəbəkə hesablarından birində Xanyurdu kəndində köçürülməsi ilə bağlı Komitəyə müraciət etdiyi barədə paylaşım etmişdir. Bildiririk ki, İ.Türbəndəyev paylaşım etməzdən əvvəl Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilmiş və onun Xanyurdu kəndinə ailə tərkibinə uyğun 3 otaqdan ibarət fərdi evə köçürüləcəyi bildirilmişdir. Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb etmişdir.

Özlərinin əsassız tələbləri ilə bağlı Komitə rəhbərliyi tərəfindən qəbul olunmalarına, müraciət etdikləri məsələlərə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağının bildirilməsinə baxmayaraq, sonradan onlar tərəfindən sosial şəbəkələrdə edilən paylaşımlarda səsləndirilən böhtan xarakterli qərəzli fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmaqla təkcə dövlət qurumunun fəaliyyətinə deyil, həm də Böyük Qayıdış proqramına da kölgə salmağa yönəlmişdir.

Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatların yayılması zamanı rəsmi mövqeyin öyrənilməsi, faktların tam və obyektiv təqdim olunması cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda xatırladırıq ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.


11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 117 ailə Ağdam şəhərinə yola salınıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
26 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdan xatirələr ...
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış çərçivəsində daha 87 ailə öz doğma yurduna qovuşub
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərənin 10 kənd və qəsəbəsinə növbəti köç karvanı yola salınıb
18 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə, eləcə də Şuşanın Kiçik Qaladərəsi kəndinə köç karvanı yola salınıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
11 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib