"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 499
Dövlət Komitəsindən sosial şəbəkələrdə yayılan iddialara cavab
Mətbuat xidmətinin məlumatı 04 Avqust, 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Orucova Ziba Malik qızının sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı bildirir ki, vətəndaşın bütün müraciətlərinə Komitədə hər zaman həssaslıqla yanaşılmış, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərilmişdir. Buna baxmayaraq, Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilməsi mümkünsüzdür.

Araşdırma zamanı müəyyən edilmişdir ki, Orucova Ziba Malik qızının ailəsi mövcud tələblər nəzərə alınmaqla Almalı kəndinə köçürülmənin ilk mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilmədiyindən o, birinci mərhələdə şəhid ailələri üçün nəzərdə tutulmuş yaşayış evini seçim hüququndan istifadə etməmişdir. Həmin mərhələdə keçirilən püşkatma nəticəsində 4206 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla digər ailəyə ayrılmışdır. Qüvvədə olan qaydalara əsasən, püşkatma nəticəsində sahibi müəyyən edilmiş yaşayış evinin sonradan geri alınaraq başqa şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil. Qeyd edilməlidir ki, Orucova Ziba Malik qızı və ailə üzvləri şəhid ailəsi və məcburi köçkün kimi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə faydalanmışlar. Belə ki, Orucova Zibanın oğlu Orucov Kərim Miryusif oğlu Binəqədi rayonun Xocahəsən qəsəbəsində evlə təmin olunmuş, həmçinin Qaradağ rayonun Müşfiqabad qəsəbəsində şəxsi mənzili var. Digər oğlu İlqar Orucov isə Bakı şəhərində yerləşən Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə, qızı Zenfira Orucova isə Ağcabədi rayonunda 4 otaqlı mənzillə təmin edilmişdilər.

Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, ailə üzvlərinin bir neçəsinə Abşeron rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmçinin Orucova Ziba Malik qızı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Hövsan yaşayış kompleksində şəxsi mənzillə, oğlu Tofiq Orucov isə şəhid ailəsinin üzvü kimi Yasamal rayonunda şəxsi mənzillə təmin edilmişlər. Sadalanan faktlar göstərir ki, dövlət tərəfindən həmin ailəyə müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusu nəzərə alınmaqla sosial dəstək və mənzil təminatı tədbirləri həyata keçirilmişdir.Orucova Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndinə köçürülməsi məsələsinə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaqdır. Bu barədə vətəndaşa 23 iyun 2026-cı il tarixində Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı məlumat və hüquqi izahat verilmişdir.Video müraciətdə Dövlət Komitəsində qəbul zamanı ona qarşı guya hörmətsizlik və kobud rəftar göstərilməsi barədə səsləndirilən iddialar  aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildiririk ki, Dövlət Komitəsində şəhid ailələrinin, məcburi köçkünlərin və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə daim yüksək həssaslıq, hörmət və humanist yanaşma nümayiş etdirilir.

Son dövrlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ilə əlaqədar Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada, bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında araşdırılır və qiymətləndirilir.Təəssüf ki, bəzi hallarda müraciətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunmayan şəxslər öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə çalışırlar. Dövlət Komitəsi vətəndaşların fikir və müraciət hüququna hörmətlə yanaşır, eyni zamanda ictimaiyyəti Böyük Qayıdış Proqramı ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə, faktlara söykənən məlumatlara etibar etməyə çağırır.Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri yalnız qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və sosial ədalət prinsipləri əsasında həyata keçirilir. Şəhid ailələrinin hüquq və mənafeləri isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi hər zaman xüsusi həssaslıqla nəzərə alınmış və bundan sonra da eyni qaydada təmin olunacaqdır.


11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 117 ailə Ağdam şəhərinə yola salınıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
26 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdan xatirələr ...
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış çərçivəsində daha 87 ailə öz doğma yurduna qovuşub
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərənin 10 kənd və qəsəbəsinə növbəti köç karvanı yola salınıb
18 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə, eləcə də Şuşanın Kiçik Qaladərəsi kəndinə köç karvanı yola salınıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar