"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 382
Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub
Mətbuat xidmətinin məlumatı 17 İyul, 2026

İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib.

 

İclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

 

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb. Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək.

 

“Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”, - deyə Ə.Əsədov əlavə edib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

 

Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib.

 

İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

 

11:10

 

İyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilir.

 

İclasda çıxış edən Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” iyulun 7-də Fərman imzaladığını xatırladıb.

 

Baş nazir qeyd edib ki, Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək. Fərmanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı məsələlərin həllinə dair Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib. Bugünkü iclas da həmin Fərmanın icrası ilə bağlı məsələlərə həsr olunub.

 

11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 117 ailə Ağdam şəhərinə yola salınıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
26 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdan xatirələr ...
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış çərçivəsində daha 87 ailə öz doğma yurduna qovuşub
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərənin 10 kənd və qəsəbəsinə növbəti köç karvanı yola salınıb
18 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə, eləcə də Şuşanın Kiçik Qaladərəsi kəndinə köç karvanı yola salınıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar