"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 467
Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
Mətbuat xidmətinin məlumatı 30 İyun, 2026

Parlament Mənzil Məcəlləsinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

 

Bu məsələ parlamentin iyunun 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq. Eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcək. Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcək.

 

Layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək. Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

 

12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
11 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinət: valideynlərin statusu niyə vacibdir?
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
04 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsindən sosial şəbəkələrdə yayılan iddialara cavab
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın yeni nəslinin nəfəsi
28 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl, Xocalı və Ağdərənin kəndlərinə növbəti köç karvanları yola salınıb
20 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Daşbulaq kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın Baharlı qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb