"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 282
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
Mətbuat xidmətinin məlumatı 17 İyun, 2026

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər. Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.

 

XXX

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

İclasda çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib. O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.

Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub. Hazırda əsas prioritet yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunması, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının gücləndirilməsidir.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.

Samir Nuriyev işğaldan azad edilmiş ərazilərin aqrar potensialının Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, istehsal və emal imkanlarının yaradılması, eləcə də kənd təsərrüfatı sahəsində dayanıqlı məşğulluğun təmin olunması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin Böyük Qayıdış üzrə həyata keçirilən fəaliyyətlərlə əlaqələndirilməsi vacibdir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

İclasda, həmçinin ekoloji dayanıqlılığın təmin edilməsi və su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub. Bildirilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası ilə yanaşı, su ehtiyatlarının müasir səviyyədə və qənaətli idarə olunması, müxtəlif sahələrin suya olan tələbatının balanslı şəkildə ödənilməsi və ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar istehsalın təşkili, əhalinin məşğulluğunun təmin edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və su ehtiyatlarının idarə olunması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.

 

XXX

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

İclasdan sonra iştirakçılar Ağdərə şəhərinin Baş planı ilə tanış olublar. Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.

 

XXX

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar.

İclas iştirakçılarına həyata keçirilən layihələrin bölgənin sosial-iqtisadi inkişafına töhfəsi barədə məlumatlar təqdim olunub.

 

 

12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
11 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinət: valideynlərin statusu niyə vacibdir?
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
04 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsindən sosial şəbəkələrdə yayılan iddialara cavab
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın yeni nəslinin nəfəsi
28 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl, Xocalı və Ağdərənin kəndlərinə növbəti köç karvanları yola salınıb
20 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Daşbulaq kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın Baharlı qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb