"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 244
Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
Mətbuat xidmətinin məlumatı 03 İyun, 2026

İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda daxil edilib.

 

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iclası açaraq bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur.

 

Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. O, vurğulayıb ki, onların sosial və digər problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 qanun qəbul edilib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcbur köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.

 

Bildirilib ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Vətən müharibəsində qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və geniş quruculuq işləri həyata keçirilib. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədi ilə dövlət başçımızın 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiq edilib. Qeyd olunub ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə  85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib.

 

Musa Quliyev bildirib ki, Birinci Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. O, nəzərə çatdırıb ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, qanun layihəsi Vətən müharibəsində əldə olunan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir. Onun sözlərinə görə, qanun layihəsi Qalibiyyət dövrünün reallıqlarına uyğun məcburi köçkünlərin uzunmüddətli köçkünlük vəziyyətindən çıxarılaraq, daimi yaşayış və sabit həyat şəraiti ilə təmin olunmasının dəqiq hüquqi mexanizmlərini yaradır.

 

O, qeyd edib ki, yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da  işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tam hüquqlu sahibi vətəndaşlar olurlar. Komitə sədri vurğulayıb ki, qanun layihəsi mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlılığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə əsasən məcburi köçkünlərin konstitusion mülkiyyət hüququnun bərpa olunduğunu, onun icra mexanizminin yaradıldığını söyləyib. O, mülkiyyət hüququnun bərpasını insan hüquqlarının təntənəsi kimi dəyərləndirib. Layihənin konseptual, hüquqi, vətəndaşların sosial müdafiəsi, insan hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib, rəhbərlik etdiyi komitənin sənədi dəstəklədiyini bildirib.

 

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, Azay Quliyev, Vüqar Rəhimzadə, Elman Nəsirov, Bəhruz Məhərrəmov çıxış edərək öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında bildirib ki, ötən 30 il müddətində məcburi köçkün və qaçqınlarımız Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması sayəsində mühüm addımlar atılıb.

 

O bildirib ki, iki dövlət proqramının icrası çərçivəsində məcburi köçkün və qaçqınlar üçün ölkəmizin 30 şəhər və rayonlarında 121 yeni qəsəbə və bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 62 min məcburi köçkün ailəsi, 300 mindən çox soydaşımız həmin qəsəbələrdə, yaşayış komplekslərində mənzillərlə təmin olunub. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.

 

Eyni zamanda, qanunvericilik sahəsində də çox mühüm addımlar atılıb. Qaçqınlardan fərqli olaraq ölkə daxilində köçürülmüş şəxslərlə bağlı beynəlxalq praktikada imperativ xarakter daşıyan heç bir beynəlxalq konvensiyası mövcud deyil və yeganə sənəd “Daxili yerdəyişmə üzrə rəhbər prinsiplərdir” (“Guiding Principles on Internal Displacement”) ki, o da “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edildikdən sonra təsdiqlənib. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək ardıcıllıqla davam etdirilib.

 

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılan tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, eyni zamanda, yüz minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıb. O bildirib ki, dünya praktikasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biridir.

 

 bu gün biz fəxarət hissi ilə qeyd edə bilərik ki, Böyük Qayıdış uğurla icra olunmaqdadır. Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. O bildirib ki, torpaqlarımız minalardan və partlamamış hərbi sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb. Burada qeyd olunduğu kimi, artıq 10 şəhər, 3 qəsəbə və 31 kənd olmaqla 44 yaşayış məntəqəsində Böyük Qayıdışa start verilib və 85 mindən çox soydaşımız artıq Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir.

 

Sədr müavini qeyd edib ki, bu gün təqdim olunan Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkəmizin hazırkı tarixi mərhələsində qarşımızda duran ən mühüm vəzifənin, Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan dövlət siyasətinin və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən olan Böyük Qayıdışın hüquqi bazasını möhkəmləndirmək məqsədi daşıyır. Bu dəyişikliklər birbaşa işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına və onların daimi məskunlaşma prosesinin sürətləndirilməsinə xidmət edir.

 

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi rəisinin müavini Səkinə Əliyeva çıxış edib, layihə barədə fikirlərini bildirib. Qanun layihəsinin Böyük Qayıdış prosesinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının daha dolğun təmin olunmasına xidmət etdiyini qeyd edib. Həmçinin layihədə nəzərdə tutulan yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirib.

 

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Tədbirdə Əmək və sosial siyasət komitəsinin sədr müavini  Elşad Musayev, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, bu komitələrin üzvləri Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Ziyad Səmədzadə, Azər Allahverənov, Tural Gəncəliyev, Mircəlil Qasımlı, Razi Nurullayev, Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Erkin Qədirli, habelə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Qürbət Məhərrəmov, Komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Hüquq və kadrlar şöbəsi müdirinin müavini Mirhüseyn Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsinin rəisi Aytən Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.

08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə ilk köç karvanları yola salınıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
01 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
30 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə çatıb
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə rayonlarına 237 nəfər köçdü
23 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
22 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç olub
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib