"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 503
Xanyurdu öz sakinlərini qarşılayır
Mətbuat xidmətinin məlumatı 25 Fevral, 2026

Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir. Xocalı rayonunun Xanyurdu kəndi də, bərpa olunduqdan sonra, öz sakinlərini qarşılayır. Kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin ata-baba yurduna qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb. Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.  

 

 

 

06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir
29 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıdıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı sakinləri doğma yurdlarına qovuşdu
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
13 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
12 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Laçına qayıdış: Bəylikdə yeni həyatın ritmi
08 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı