"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 6302
Məcburi köçkünlərin uçot və qeydiyyatında şəffaflıq təmin edilir
Mətbuat xidmətinin məlumatı 15 November, 2019

Müsahibimiz Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynovdur

 

- Sənan müəllim, “məcburi köçkünlərin müvəqqəti qeydiyyatı” anlayışına aydınlıq gətirməyinizi xahiş edirik… Bu qeydiyyat nə vaxtdan başlanılıb?..

 

- Ölkəmiz 30 ildən çoxdur ki, qaçqınlıq və məcburi köçkünlük problemi ilə üzləşib. Ermənistanın hələ də davam edən işğalçılıq siyasəti nəticəsində bir milyondan çox həmvətənimiz öz doğma el-obasından didərgin düşüb. Müstəqil dövlətçiliyimizin bərpasının ilk illərində - ictimai-siyasi və iqtisadi böhranın hökm sürdüyü bir vaxtda baş verən bu humanitar fəlakətin ağır və ağrılı fəsadları bu gün də qalmaqdadır. Bu-nunla belə, Azərbaycan dövləti gücləndikcə, iqtisadi imkanlarını artırdıqca qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilib. Bu sahədə sistemli fəaliyyətin və dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məş-ğulluğunun artırılması üçün ardıcıl tədbirlər görülüb. İndiyədək 300 mindən çox məcburi köçkün respublikamızın müxtəlif ərazilərində salınmış yeni yaşayış komplekslərində yerləşdirilib, onlar üçün normal həyat şəraiti təmin edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqroiyadan olan vətəndaşlarla vaxtaşırı görüşlər keçirir, onların arzu və istəklərini öyrənir, prob­lemlərinin həllini diqqətdə saxlayır.

 

Müharibə və işğal nəticəsində ölkə daxilində öz yaşayış yerlərini dəyişən şəxslərin – məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində uçot və qeydiyyatının aparılması bu sahədə dövlət siyasətinin səmərəliliyinin təmin edilməsi üçün başlıca şərtlərdəndir. Məcburi köçkünlərin qeydiy­yatı dedikdə, işğal tarixindən sonra onların hansı ünvanda qeydiyyatda olması, faktiki olaraq, hal-hazırda harada yaşaması, dislokasiyası nəzərdə tutulur.  Hazırda məcburi köçkünlərin qeydiyyatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin respublikanın şəhər və rayonlarındakı nümayəndəlikləri tərəfindən aparılır.  Məcburi köçkünlərin sayca az olduğu rayonlara, regional prinsip əsasında, bir nümayəndəlik xidmət edir. Məcburi köçkünlərin sayca daha çox olduğu Bakı şəhərinin rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində nümayəndəlik sektor statusunda fəaliyyət göstərir. 

 

- Məcburi köçkünlərin müvəqqəti qeydiyyatı nə vaxt başlanıb? İlk vaxtlar qeydiyyatı hansı orqanlar aparıb?

 

- İlk dəfə olaraq 1988-ci ildə, Ermənistandan zorla çıxarılan soydaşlarımız Azərbaycana pənah gətirəndən sonra onların qeydiyyatı məsələsi aktuallaşıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərinin tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək və bu sahədə dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətlərini əlaqələndirmək məqsədilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” kimi yaradılıb. Yerli icra hakimiyyəti orqanları qaçqınların sayı, ailə tərkibi və məskunlaşdıqları ünvan haqqında məlumatları toplayaraq mərkəzi icra hakimiyyəti orqanı olan Komitəyə ötürüblər. Dağlıq Qarabağın və ətraf rayonların işğalından sonra isə məcburi köçkünlərin müvəqqəti məsknlaşma yerlərində qeydiyyatının aparılmasına başlanılıb. İşğal edilmiş ərazilərin yerli icra hakimiyyəti orqanları, o vaxtlar Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində saxlanılıbdı və indi də öz fəaliyyətlərini davam etdirirlər. Təəssüf ki, AXC-Müsavat hakimiyyəti dövründə Ağdərə rayonu inzibari ərazi vahidi kimi ləğv edilib, onun yaşayış məntəqələrinin tabeliyi üç rayon arasında paylanıb.

 

Məcburi köçkünlərin dislokasiyası haqqında məlumatların toplanması, onların qeydiyyatının aparılmasında ilk vaxtlarda pərakəndəlik olub. Sadəcə, vətəndaşlar özləri müvəqqəti məskunlaşdıqları ərazilərin icra hakimiyyətərinə müraciət edirdilər, yaxud da ərazisi işğal edilmiş rayonların icra hakimiyyətləri onların köçdükləri ərazilərdə qeydiyyatını təşkil edirdi. Bu məlumatlar yerli icra hakimiyyətlərindəki təsər­rüfat kitablarında qeyd edilirdi.

 

- Məcburi köçkünlərin yenidən qeydiyyatı aparılıbmı, yoxsa köhnə qeydiyyat əsas götürülür?

 

- Dövlətimizin başçısının mövcud idarəçilik sistemində apardığı islahatlar çərçivəsində, məcburi köçkünlərin qeydiyyatı və ölkə daxilində miqrasiyası məsələsi ilə bağlı dəqiqləşdirmənin aparılması mühüm vəzifə kimi qarşıya qoyuldu. Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının ye-kunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahədə də çox ciddi islahatların həyata keçirilməsi, uçotun aparılması, şəffaflığın təmin edilməsi barədə tapşırıq verdi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları köçürülmə obyektlərinə qanunsuz qeydiyyata alınmasına yol verilməsi hallarının aradan qaldırılmasını tələb etdi.

 

Uçot və qeydiyyatın dəqiqləşdirilməsi zamanı bəzi məcburi köçkünlərin iki, hətta üç yerdə müvəqqəti qeydiyyatının olduğu aşkara çıxırdı. Buna görə də komitənin rəhbərliyi bütün məcburi köçkünlərin Fin-kod vasitəsilə dislokasiya yeri üzrə qeydiyyata alınması, müasir informasiya texnologiyalarından istifadə etməklə müvafiq elektron bazanın yaradılması və digər dövlət qurumlarının informasiya bazalarına inteqrasiyasının təmin olunması üçün zəruri tədbirlər həyata keçirdi. Hazırda bu system istifadədədir və artıq tam məsuliyyətlə deyə bilrəik ki, hər bir məcburi köçkün haqqında, onun hansı ünvanda müvəqqəti məskunlaşdığı barədə Komitədə dəqiq məlumat var, ikili-üçlü qeydiyyat tam aradan qaldırılıb. Ölkə rəhbərinin tapşırığı ilə hazırda məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülməsi aparılır və bu zaman onların yeni ünvanlarda qeydiyyata alınması təmin edilir. Həmin məcburi köçkünlər köhnə ün­vanlardan qeydiyyatdan çıxarılır, mövcud statuslarına uyğun olaraq, öz daimi yaşayış yerlərinə qayıdanadək faktiki məskunlaşdıq­ları yerdə müvəqqəti qeydiyyata alınırlar. Hətta məcburi köçkün özünə şəxsi ev alırsa, öz adına şəxsi əmlakı varsa, həmin ünvanda daimi qeydiyyata düşürsə, yenə məcburi tərk etdiyi əvvəlki yaşayış yerinə qayıtmaq hüququ saxlanıldığına görə, məcburi köçkün statusu saxlanılır.

 

- Bu, mühün məqamlardan biridir. Məcburi köçkün düşdükdən sonra respublikanın hər hansı bir yaşayış məntəqəsində ev və ya mənzi sahibi olaraq həmin ünvana daimi qeydiyyata düşən vətəndaş məcburi köçkün statusundan məhrum edilirmi?

 

- Bildiyiniz kimi, Azərbaycanda hər bir vətəndaşın respublikanın istənilən yerində daşınmaz əmlak almaq, mülkiyyət sahibi olmaq hüququ vardır. Məcburi köçkünlər də həmin hüquqdan istifadə edirlər. Məcburi köçkünlərin mülkiyyət əldə etməsi onun statusunun itirilməsi anlamına gəlmir, lakin mülkiyyət əldə etmiş köçkünlər bəzi imtiyazlarını itirirlər. Məsələn vahid aylıq müavinət almaq, xüsusi təyinatlı dövlət mənzil fonduna aid yeni yaşayış sahəsinə köçürülmək, yəni dövlət tərəfindən verilən ev və ya mənzil almaq kimi imtiyazları.

 

- Əgər məcburi köçkün ev və ya mənzil alsa da, həmin ünvana daimi qeydiyyata düşmürsə, onun övladları məcburi köçkün statusunu itirirmi?

 

- Şəxsi mülkiyyətində ev və ya mənzil olan məcburi köçkünün həmin evin və ya mənzilin alınmasından sonra dünyaya gələn övladına məcburi köçkün status verilib-verilməməsi müvafiq qaydalarla tənzimlənir. Əgər həmin vaxt valideyin (və ya valideyinlər) eyni zamanda işğal edilmiş rayo­nundan daimi qeydiyyatdan çıxıbsa, bu halda onun övladına vəsiqə verilmir.

 

- Məcburi köçkün faktiki müvəqqəti məskunlaşma yerini dəyişərkən onun müvəqqəti qeydiyyatı necə aparılır? Bu zaman miqrasiya faktı qeydə alınırmı, müvəqqəti qeydiyyatı dəyişdirilirmi?

 

- Bu məsələ ilə bağlı Dövlət Komitəsi sədrinin 20 fevral 2019-cu il tarixli 20 saylı əmri vardır. Burada hansı hallarda müvəqqəti qeydiyyatın dəyişdirilməsinin müm-künlüyü göstərilir. Deyək ki, məcburi köçkün müvəqqti qeydiyyatda olduğu rayondan hər hansı bir səbəbə görə Bakı şəhərinə köçüb. Həmin şəxs öz mülkiyyətində olan evdə və ya qohum evində yaşamağa başlayırsa, onun qeydiyyatı bu ünvanına dəyişdirilə bilər.  Lakin köçürülmə obyekti olan bina və tikililərdə belə şəxslərin müvəqqəti qeydiyyata alınmasına yol verilmir.  Qalan digər hallarda məcburi köçkünün ölkə daxilində miqrasiyası, mövcud qanunveicilik əsasında, qeydiyyata alınır. 

 

- Yəqin ki, müvəqqəti qeydiyyatın dayandırılması respublika ərazisindəki bütün “köçürülmə obyektləri”nə şamil edilir?

 

- Əlbəttə.

 

- Məcburi köçkün hər hansı məqsədlə xarici ölkəyə gedirsə, hansı müddətdən sonra onun respublikamızın ərazisindəki müvəqqəti yaşayış yeri üzrə qeydiyyatı ləğv edilə bilər?

 

 - Daimi yaşadığı ərazi işğal edilərkən orada daimi qeydiyyatda olmuş hər bir Azərbaycan vətəndaşı, sonralar harada daimi və müvəqqəti yaşamasından asılı olmayaraq, öz dogma yurduna geri qayıtmaq hüququnu, məcburi köçkün statusunu özündə saxlayır.  Məcburi köçkünün də vətəndaş hüquqlarına onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılması ilə əlaqədar xitam verilir. Müvəqqəti qeydiyyat məsələsinə gəldikdə isə, məcburi köçkünlər onların statusunu təsdiq edən sənədə - məcburi köçkün vəsiqəsinə hər il müvəqqəti qeydiyyatda olduğu ərazi üzrə komitənin müvafiq nümayəndəliyində möhür vurdurmalıdır.  Komitənin nümayəndəlikləri uzun müddət bu cür təkrar qeydiyyatdan keçməyən məcburi köçkünləri müvəqqəti qeydiyyatdan çıxara bilər.

 

- Redaksiyamıza müraciət edən məcburi köçkünlərdən biri Bakı şəhərində yataqxanada 2002-ci ildən faktiki yaşadığını, həmin yataqxananın komendantından bu barədə müvafiq arayış aldığını, lakin oraya müvəqqəti qeydiyyatının olmadığını və sonradan qeydiyyatla bağlı etdiyi müraciətinə rədd cavabı verildiyini bildirir. Yataqxana köçürülmə obyektidir. Bu şəxsin özü və ailəsi yeni yaşayış sahəsinə köçürüləcəkmi?

 

- Həmin məcburi köçkünün özünün və ailə üzvlərinin adları yataqxanada kommunal xidmətlərdən istifadə edənlərin siyahısında varsa, bu, onların həmin köçürülmə obyektində faktiki olaraq müvəqqəti məskunlaşdığını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, məcburi köçkün köçürülmə obyektində son 3 illik müddətdən artıq faktiki yaşayıbsa, onun yeni yaşayış sahəsinə köçürülməsində heç bir problem yoxdur. Belə hallar Komitədə yaradılmış müvafiq komissiyya tərəfindən araşdırılır və yekun rəy əsasında qərar qəbul edilir.

18 April, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 April, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 April, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 March, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 March, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 March, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 March, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 March, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 March, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 March, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 March, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 March, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 March, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 March, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 March, 2024 / Mətbuat xidmətinin məlumatı Coordination Headquarters for addressing issues in a centralized manner in Azerbaijan’s liberated territories convenes for regular meeting
12 March, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 March, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 March, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 February, 2024 / Mətbuat xidmətinin məlumatı Next migration caravan reached Lachin region
28 February, 2024 / Mətbuat xidmətinin məlumatı 89 more residents returned to their native land