"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Görüşlər 02 October, 2019

Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.

 

Dövlət Komitəsinin sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayıb. Münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinin bu məsələdə mühüm əhəmiyyət daşıdığı, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə təsirinin vacibliyi diqqətə çatdırılıb. Komitə sədri qonaqların diqqətinə çatdırıb ki, Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin bu gün 27-ci ili tamam olur. Dağlıq Qarabağda ermənilər tərəfindən  azərbaycanlı əhaliyə qarşı ilk soyqrımı cinayəti 1992-ci il fevralın 17-də məhz  bu rayonunun Qaradağlı kəndində törədilib.     

 

Bildirilib ki, Azərbaycan dövləti müharibə nəticəsində mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlərin mənzil-məişət şəraiti  mərhələli şəkildə yaxşılaşdırılır. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.

 

Dövlət Komitəsinin funksiyası, gördüyü işlər barədə qonağa ətraflı məlumat verilib.

 

Səfir Örl Litzenberger səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, iki dövlət arasında baş vermiş münaqişənin ən ağır faktoru insan amili, xüsusi ilə məcburi köçkünlərdir. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki,münaqişənin ilk illərində məcburi köçkün düşən azərbaycanlılara ABŞ müxtəlif yardımlar edib və dünyada, o cümlədən Azərbaycanda məcburi köçkünlər üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə münasibət bildirən səfir status-kvonun dayanıqlı olmadığına diqqət çəkib. Bildirib ki, bu vəziyyət Ermənistan iqtisadiyyatına zərbə vurur, adamların ölkəni tərk etməsinə səbəb olur.  Səfirin fikrincə, münaqişənin həlli Ermənistan iqtisadiyyatının inkişafına da şərait yaradar.

 

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.

 

19 October, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
18 October, 2019 / Görüşlər President Ilham Aliyev received chairman of State Committee for Refugee and IDP Affairs
09 October, 2019 / Görüşlər Ilham Aliyev inaugurated Gobu Park-2 residential complex for IDPs in Garadagh district
09 October, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 October, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri İsrail nümayəndə heyəti ilə görüşüb
01 October, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 September, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
20 September, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
19 September, 2019 / Görüşlər Chairman of State Committee met with German diplomats
17 September, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
10 September, 2019 / Görüşlər The State Committee held a meeting with representatives of the European Court of Human Rights
10 September, 2019 / Görüşlər Chairman of the State Committee receives the citizens
06 September, 2019 / Görüşlər A group of young people successfully completed their volunteer activities at the State Committee
27 August, 2019 / Görüşlər The State Committee held the reception of citizens
21 August, 2019 / Görüşlər Chairman and deputy chairmen of State Committee receive citizens in regions
20 August, 2019 / Görüşlər The State Committee held the reception of citizens
08 August, 2019 / Görüşlər Chairman of the State Committee met with the newly appointed Ambassador of Germany in our country
06 August, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
30 JULE, 2019 / Görüşlər The State Committee held the reception of citizens
26 JULE, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər