"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 35
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 16 March, 2023

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

 

İclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.

 

Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.

 

Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların bölgüsündə ədalət prinsipinin təmin olunması, ərazilərə qayıdan əhalinin torpaqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumat veriblər.

 

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

09 March, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 January, 2023 / Mətbuat xidmətinin məlumatı Issues of joint cooperation with the International Organization for Migration were discussed
19 January, 2023 / Mətbuat xidmətinin məlumatı Residents of Lachin are ready to return to their homeland
09 December, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee attended the 13th Meeting of the Dialogue on Defense Threats
06 December, 2022 / Mətbuat xidmətinin məlumatı A teacher from Zangilan: “We will continue our education together with our students”
05 December, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee made a speech about the Great Return in Stratcom Summit 22
04 November, 2022 / Mətbuat xidmətinin məlumatı Meeting of veterans on the eve of Victory Day
21 October, 2022 / Mətbuat xidmətinin məlumatı Young diplomats were given information about the Great Return
18 October, 2022 / Mətbuat xidmətinin məlumatı Resident of Aghdam: We watched the groundbreaking ceremony of our village with great joy and pride
12 October, 2022 / Mətbuat xidmətinin məlumatı Information of the Press Service
11 October, 2022 / Mətbuat xidmətinin məlumatı The Deputy Chairman of the State Committee gave information about the Great Return process at the UNHCR meeting
10 October, 2022 / Mətbuat xidmətinin məlumatı Resident of Khidirli village: We have high hopes for the future
22 September, 2022 / Mətbuat xidmətinin məlumatı Internally displaced students were given school uniforms
13 September, 2022 / Mətbuat xidmətinin məlumatı The chairman of the State Committee received the citizens
06 September, 2022 / Mətbuat xidmətinin məlumatı The head of Japan’s Fuji Optical Co. Ltd Dr. Akio Kanai visited Tartar region
05 September, 2022 / Mətbuat xidmətinin məlumatı A resident of Zabukh village is preparing to return to his homeland
02 September, 2022 / Mətbuat xidmətinin məlumatı Training was organized for the young employees of the State Committee
25 August, 2022 / Mətbuat xidmətinin məlumatı It is our duty to live forever in Lachin, which we long for
24 August, 2022 / Mətbuat xidmətinin məlumatı A conference was held in Aghali village of Zangilan region on the topic “Great Return to the liberated territories of the Republic of Azerbaijan: violated rights and their restoration”
24 August, 2022 / Mətbuat xidmətinin məlumatı Medals were presented to the employees of the State Committee