"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 212
Ağalıya köçürüləcək əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
Mətbuat xidmətinin məlumatı 04 August, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar.

 

Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

 

Ümumilikdə “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir.

 

Belə ki, yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcəkdir.

 

Sorğuların bu ilin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.

 

 

 

15 August, 2022 / Mətbuat xidmətinin məlumatı Zabux sakini: Zabuxda tarixən məskunlaşmış bir nəfər də erməni olmayıb
13 August, 2022 / Mətbuat xidmətinin məlumatı Laçına – Zabuxa, Susa qayıdış başlanacaq
10 August, 2022 / Mətbuat xidmətinin məlumatı Ağalı sakini: “Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”
08 August, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qadınların məşğulluğuna dəstək verilir
03 August, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi məcburi köçkünlərin məşğulluğunu təmin edir
02 August, 2022 / Mətbuat xidmətinin məlumatı Ağalı kənd sakini: “Çox sevincliyik”
01 August, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi məcburi köçkünlərin kvalifikasiyasının tanınması layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirir
29 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı Aghali residents brought a new life to these lands
27 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı The State Committee carries out activities within the framework of the “Learn a profession, do not stay unemployed” project
26 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı A memorandum was signed between TABIB (Management Union of Medical Territorial Units) and the State Committee for Affairs of Refugees and IDPs
25 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı 201 residents of Aghali village returned to their homeland
23 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı The third migration caravan has been sent to Aghali
21 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı Relocation to Aghali continues
19 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı Let the footsteps of the return heard in Karabakh, Zangezur!
08 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı A poem was dedicated to the national hero Shirin Mirzayev
06 JULY, 2022 / Mətbuat xidmətinin məlumatı IDPs share their thoughts on returning home
29 JUNE, 2022 / Mətbuat xidmətinin məlumatı IDPs share their views on returning home
23 JUNE, 2022 / Mətbuat xidmətinin məlumatı Measures are being taken to eliminate the consequences of floods in the IDP settlement of Goranboy
10 JUNE, 2022 / Mətbuat xidmətinin məlumatı The singer Ehtiram Huseynov in Lachin...
06 JUNE, 2022 / Mətbuat xidmətinin məlumatı A new life begins in Aghali