"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 165
Qaradağlı faciəsinin 29-cu ildönümü qeyd edilib
Tədbirlər 17 February, 2021

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 29 il keçir.

 

Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı törədilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Anım mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak edib.

 

Qaradağlı soyqırımı şahidləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar. Kənd sakini Seyyur Nağıyev həmin günləri belə xatırlayır: “1992-ci il fevral ayında möhkəm döyüşlər gedirdi. Qaradağlı kəndi mühasirədə idi. Kənddə müdafiə dəstəsi yaratmışdıq. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edirdi. Gülləmiz qurtardığı üçün döyüşü davam etdirə bilmədik. Erməni dəstələri kəndə girdilər. Bizi əsir götürüb Xankəndi istiqamətinə aparan erməni silahlıları Cəmiyyət kəndində Elmidarı maşından düşürüb, qadınların, uşaqların gözü qabağında öldürdülər. Erməni silahlıları yol boyu əsirləri düşürüb öldürürdülər. Bizi Xankəndində əsir saxlayanda bütün günü zülm, işgəncə verirdilər. Hər gün gəlib döyürdülər. Əsirlikdə olduğumuzun 40-cı günü idi, erməni nəzarətçi gələndə ayağa durmadım. Buna görə çənəmdən təpiklə necə vurdusa, çənəm qırıldı. Hələ ondan qabaq “Bəylik bağı”nda ermənilər çənəmdən güllə ilə vurmuşdular. Mənim yanımda İmran kişi var idi. Onu da mədəsindən elə vurdular ki, 7 gündən sonra öldü. Meyiti də 3-4 gün qaldı yanımızda".

 

Erməni işğalçıları Qaradağlı kənd sakini Turab Hüseynovun ailəsindən dörd nəfəri qətlə yetiriblər. “Düşmən kəndimizi mühasirəyə alıb hücuma keçdi. Yollar bağlı idi. Kəndə kömək gələ bilmirdi. Kənd camaatı dörd gün müdafiə olundu. Güllələr qurtardığı üçün ermənilər kəndi işğal etdilər. Fevralın 17-si mənim üçün çox ağırdır. Həmin gün həm kəndimiz işğal olunub, həm də atam, anam, iki qardaşımı öldürülüb. Biz inanırdıq ki, düşməndən qisasımız alınacaq. Şükür bugünkü günə, ordumuz bütün şəhidlərimizin qisasını aldı - düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi”, – deyə T.Hüseynov bildirib.

04 March, 2021 / Tədbirlər
01 February, 2021 / Tədbirlər A video conference was held on the occasion of Youth Day
21 January, 2021 / Tədbirlər Chairman of the State Committee met with the employees who participated in the Patriotic War
22 October, 2020 / Tədbirlər 40 tons of food aid was sent to IDPs
21 October, 2020 / Tədbirlər Aids were provided to IDPs within the framework of the fight against the coronavirus (COVID-19) pandemic
08 October, 2020 / Tədbirlər Foreign diplomats were informed about Armenia`s provocation
25 September, 2020 / Tədbirlər First aid trainings for IDPs is over
23 September, 2020 / Tədbirlər First aid trainings started in Guzanli
03 September, 2020 / Tədbirlər The children of three more martyrs joined the project “Hello to Soldier”
20 August, 2020 / Tədbirlər Children of martyrs in the project “Hello to Soldier”
10 August, 2020 / Tədbirlər The State Committee launched a social project “First Homeland”
25 JUNE, 2020 / Tədbirlər “Hello to Soldier” on the occasion of the Armed Forces Day
23 JUNE, 2020 / Tədbirlər A video meeting was held with IDPs and representatives of the diaspora
11 JUNE, 2020 / Tədbirlər Family members of ambassadors in the IDP settlement
02 JUNE, 2020 / Tədbirlər Relocation to “Gobu Park 3” residential complex has been started
18 MAY, 2020 / Tədbirlər A new transmission main has been laid to the Gobu Park residential complex
09 MAY, 2020 / Tədbirlər Chairman of the State Committee attended the video conference on “Shusha is a historical and cultural center of Azerbaijan”.
30 April, 2020 / Tədbirlər Məcburi köçkünlər üçün "Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konsert proqramı təşkil edilib
15 April, 2020 / Tədbirlər The State Committee and “Azerishig” OJSC jointly organized an aid campaign
29 March, 2020 / Tədbirlər Temporary settlements of IDP are being disinfected