"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 365
Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir
Mətbuat xidmətinin məlumatı 15 November, 2020

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. 

 

Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış anlaşılıb və ictimai müzakirəyə səbəb olub. Halbuki, açıqlamada məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq əzmində olduğu vurğulanaraq, onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçim olduğu diqqətə çatdırılıb.

 

Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. 

 

Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib. 

 

Prezident İlham Əliyev bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən deyib: “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.

 

Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir.

 

 

17 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev and first lady Mehriban Aliyeva visited liberated from occupation Fuzuli and Jabrayil districts, as well as Fuzuli and Jabrayil cities
10 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev addressed the nation
10 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev, Russian President Vladimir Putin met in a videoconference format
08 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev and First Lady Mehriban Aliyeva have today visited the Honorary Alley and the Alley of Martyrs
05 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Spanish EFE news agency
04 November, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Italian La Repubblica newspaper
31 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by German ARD TV channel
28 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Russian Interfax agency
26 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev addressed the nation
26 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Italian Rai 1 TV channel
25 October, 2020 / Mətbuat xidmətinin məlumatı Speech by Commander-in-Chief Ilham Aliyev at the operational meeting of the Central Command Post of Ministry of Defense
25 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by the U.S. Fox News TV channel
21 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Japan’s Nikkei newspaper
20 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev addressed the nation
19 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Russian TASS news agency
17 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev addressed the nation
16 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Turkish A Haber TV channel
16 October, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrə müraciət edib
15 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev gave an interview to Director General of "Rossiya Segodnya International News Agency" media holding Dmitry Kiselev for Russian RIA Novosti agency
15 October, 2020 / Mətbuat xidmətinin məlumatı Ilham Aliyev was interviewed by Turkish NTV TV channel