"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 215
Məcburi köçkünlərə 40 ton ərzaq yardımı göndərilib
Tədbirlər 22 October, 2020

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göstərib. Hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanacaq.

 

Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlamasına cavab olaraq Azərbaycan Ordusu torpaqlarının işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub  olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələr Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutur.

 

TİKA cəbhə bölgəsindəki mövcud vəziyyətdə çətinliklərlə üzləşmiş azərbaycanlı əhaliyə dəstək olmaq və onların ərzaq təminatına dəstək vermək məqsədi ilə layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hazır və konservləşdirilmiş qida məhsullarından ibarət 40 ton ərzaq cəbhəyanı rayonlarda yaşayan vətəndaşlara paylanacaq. Bu çərçivədə Tərtər, Ağdam və Bərdədə 2 min ailənin (8000 nəfər) qida ehtiyacları qarşılanacaq.

 

Ət və balıq konservləri, pendir, hazır kartof püresi və makaronlar, cem, meyvə suyu, şəkər, çay, çörək, qaymaq və s. hazır qidalardan ibarət ərzaq bağlamaları 23 oktyabr 2020-ci il tarixində bölgədəki ailələrə paylanacaq.

 

Hazırlanan ərzaq bağlamaları 22 sentyabr 2020-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədr müavini Fuad Hüseynovun iştirakı ilə keçirilmiş yolasalma mərasimi ilə bölgəyə göndərildi.

26 November, 2020 / Tədbirlər Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirəcək
12 November, 2020 / Tədbirlər Dövlət Komitəsinin sədri Fransa Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
30 October, 2020 / Tədbirlər Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
21 October, 2020 / Tədbirlər Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
08 October, 2020 / Tədbirlər Foreign diplomats were informed about Armenia`s provocation
25 September, 2020 / Tədbirlər First aid trainings for IDPs is over
23 September, 2020 / Tədbirlər First aid trainings started in Guzanli
03 September, 2020 / Tədbirlər The children of three more martyrs joined the project “Hello to Soldier”
20 August, 2020 / Tədbirlər Children of martyrs in the project “Hello to Soldier”
10 August, 2020 / Tədbirlər The State Committee launched a social project “First Homeland”
25 JUNE, 2020 / Tədbirlər “Hello to Soldier” on the occasion of the Armed Forces Day
23 JUNE, 2020 / Tədbirlər A video meeting was held with IDPs and representatives of the diaspora
11 JUNE, 2020 / Tədbirlər Family members of ambassadors in the IDP settlement
02 JUNE, 2020 / Tədbirlər Relocation to “Gobu Park 3” residential complex has been started
18 MAY, 2020 / Tədbirlər A new transmission main has been laid to the Gobu Park residential complex
09 MAY, 2020 / Tədbirlər Chairman of the State Committee attended the video conference on “Shusha is a historical and cultural center of Azerbaijan”.
30 April, 2020 / Tədbirlər Məcburi köçkünlər üçün "Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konsert proqramı təşkil edilib
15 April, 2020 / Tədbirlər The State Committee and “Azerishig” OJSC jointly organized an aid campaign
29 March, 2020 / Tədbirlər Temporary settlements of IDP are being disinfected
18 March, 2020 / Tədbirlər Holiday presents were provided to internally displaced families