"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2017-cı il ərzində görülmüş işlər barədə
Print

Qaçqınların və Məcburi Köçkünlərin İşləri 
üzrə Dövlət Komitəsi tərəfindən 2017
-cı il ərzində görülmüş işlər barədə


M Ə L U M A T

 

2003-2017-ci illərdə:

 

sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 66 fərman və sərəncam imzalanmış, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  213 qərar və sərəncam, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən isə 11 qanun qəbul edilmişdir.

 

sahə ilə bağlı qəbul edilmiş Dövlət Proqramı və həmin Dövlət Proqramına edilmiş  Əlavələrin icrası uğurla davam etdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir.

 

12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbənin ləğvi  2007-ci ildə, 16 fin tipli qəsəbəsindən sonuncunun ləğvi isə 2016-cı ildə başa çatdırılmışdır.

 

2017-ci il ərzində:

 

Sahə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 9 qərar və sərəncam qəbul etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-2017-ci illərdə məcburi köçkünlərlə yeni inşa edilmiş yaşayış qəsəbələri və komplekslərində 33 dəfə, о cümlədən 2017-ci ildə 2 dəfə görüş keçirmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” 2017-ci il 24 yanvar tarixli 2613 nömrəli Sərəncamına əsasən cəmi 2 ay ərzində -martın 20-dən mayın 20-dək həmin kənddə birinci mərhələdə 50 evin, 96 şagird yerlik məktəbin və infrastrukturun tikintisi həyata keçirilmişdir.

 

 “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2667 nömrəli Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən Cocuq Mərcanlıya gedən  9 km uzunluğunda yol çəkilmişdir.

 

Ölkə Başçısının tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti 2017-ci il iyunun 14-də  Cəbrayıl rayonunun birinci mərhələdə bərpa edilmiş Cocuq Mərcanlı kəndinin açılış mərasimində iştirak etmiş, bu 25 il müharibə dövründə həmin kənddən çıxmayan Oqtay Həziyevin ailəsi ilə görüşmüş, ilk olaraq birinci dərəcəli “Əmək” ordenini ona təqdim etmişdir.

 

2017-ci il iyulun 3-də Cocuq Mərcanlıya köçürüləcək ailələr arasında mənzillərin bölgüsü  püşkatma yolu ilə şəffaf şəkildə həyata keçirilmiş və ailələrin köçürülməsi təmin edilmişdir. Bu da Böyük Qayıdışın başlanğıcı olmuşdur.

 

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 15 iyun tarixli 2984 nömrəli Sərəncama əsasən ikinci mərhələdə  100 fərdi yaşayış evinin, uşaq bağçasının, klub icma mərkəzinin, həkim və poçt məntəqələrinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi 2017-ci ilin noyabrında başa çatdırılmışdır.

 

Tərtər rayonunda –keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş ərazisində 1176 məcburi köçkün ailəsi üçün 34 ədəd 4 mərtəbəli yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçasından ibarət  yaşayış kompleksinin inşası 2017-ci ilin noyabr ayında başa çatdırılmış və Ölkə Başçısı 2017-ci il noyabrın 28-də həmin yaşayış kompleksinin istismara verilməsinə həsr olunmuş tədbirdə iştirak etmişdir.

 

Bununla da Böyük Qayıdış Dağlıq Qarabağ torpağında davam etdirilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 210 mənzildən ibarət 3,  Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 50 mənzilli 1 ədəd beşmərtəbəli binanın inşası 2017-ci ilin iyul ayında başa çatdırılmışdır.

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Tərtər rayonunda mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində zərər çəkmiş 78 məcburi köçkün evinin yenidən tikintisi həyata keçirilmiş və istismara verilmişdir.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva:

 

2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda müvəqqəti məskunlaşmış 4 min məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı konkret tapşırıqlar vermişdir;

 

2017-ci il mayın 30-da Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid Yaşayış Kompleksi”nin təməlqoyma tədbirində iştirak etmişdir;

 

2017-ci il iyunun 27-də Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində Heydər Əliyev Fondu tərəfindən alınmış 210 mənzili məcburi köçkün ailələrinə təqdim etmişdir. Həmin mənzillərə Bakı şəhəri, Xəzər rayonu,  Şüvəlan qəsəbəsindəki qəzalı vəziyyətdə olan “Energetik” pansionatında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi təmin edilmişdir;

 

2017-ci il oktyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayonunun Ramana və Abşeron rayonunun Masazır qəsəbələrində yeni inşa olunmuş 260 mənzilli 4 binada mənzillərin təqdim edilməsi mərasimində iştirak etmişdir. Həmin mənzillərə Binəqədi rayonunun ərazisində yerləşən “Şəfəq” pansionatında və Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülmüşdür;

 

Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində alınmış 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi,Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi həyata keçirilmişdir.

 

Ahısxa (məshəti) türk ailələrinə məxsus tikintisi yarımçıq qalmış 35 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq istismara verilmişdir.

 

Baş vermiş yanğın nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Çiçək” düşərgəsində  zərər çəkmiş 10 və Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinə kompensasiya verilmişdir.

 

Beləliklə, 2017-ci ildə 2378 ailə və ya 12 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

 

Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 105 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan 16,0 milyon manat olmaqla, 121,0 milyon manat vəsait xərclənmişdir ki, bu da 2003-cü il ilə müqayisədə (20,3 mln. manat) 6 dəfə çoxdur.

 

Ümumilikdə 2001-2017-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,3 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət  97 müasir qəsəbə və yaşayış kompleksi salınmışdır. Bunun dа 3,1 milyon kvadrat metr yaşayış sahəsinə malik  92-si, yaxud 95 faizi son 14 ildə inşa edilmişdir.

 

Bu məqsədlə 2,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 2,1 milyard manatı  Dövlət Neft Fondunun vəsaitidir.

 

Yeni yaşayış qəsəbələri və ya коmplеkslərində 153 məktəb, 59 mədəniyyət və 60 səhiyyə müəssisəsi, 61 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr hava elektrik, 487  kilometr qaz, 77 kilometr rabitə, 49 kilometr istilik, 93 kilometr kanalizasiya xətti, 170 kilometr drenaj şəbəkəsi çəkilmiş, 850 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

 

Beləliklə, indiyə kimi 52 min 300 ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, ondan da 48 min 300 ailə, yaxud 245 min nəfər (92 %) son 14 ilin payına düşür.

 

Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 800, Pirallahı rayonunda 330,  Sumqayıt şəhərində 2900 (1-ci mərhələdə 1000 ailəlik), Qaradağ rayonu, Ümid qəsəbəsinдə 300,  Şirvan şəhərində 685, Beyləqan rayonunda 146  ailəlik yaşayış kompleksi və ya qəsəbələrin layihə-smeta sənədləri hazırlanır və tikintisinə başlanacaqdır.

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 2017-ci ildə 405,3 milyon manat həcmində vəsait ayrılmışdır ki, bu da 2003-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Həmin vəsaitdən 252,4 milyon manatı büdcə, 105 milyon manatı Dövlət Neft Fondunun, 17,9 milyon manatı dövlət büdcəsinin Ehtiyat Fondunun, təxminən 30 milyon manatı isə beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir.  

 

Ümumilikdə,  indiyədək qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,6 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 3,1 milyard manatı dövlət büdcəsinin, 2,1 milyard manatı Dövlət Neft Fondunun və 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir.

 

Bu vəsaitin də 85 faizi, yaxud 5,6 milyard manatı son 14 ildə istifadə olunmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən, fərdi yaşayış evlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə ayda 36 manat vahid aylıq müavinət verilir və bütün kommunal xidmət xərcləri onların özləri tərəfindən ödənilir. Təbii qazla təmin olunmayan, sayğac quraşdırılmayan yığcam məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərə isə ayda 20 manat vahid aylıq müavinət verilir və kommunal  xidmət xərcləri dövlət tərəfindən birbaşa xidmət təşkilatlarına ödənilir.

 

2017-ci ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 92 obyektdə  cari təmir  işləri aparılmış, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 37 ədəd müxtəlif markalı güc tranformatoru, 61 ədəd su nasosu,  6230 metr güc kabeli, 45 min metr elektrik naqili və başqa yardımçı avadanlıq və mal-materiallar verilmişdir.

 

Komitə üzrə əvvəllər təsdiq olunmuş üç elektron xidmət əvəzinə “Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın əldə edilməsi”  elektron xidməti yaradılmışdır.

 

İl ərzində fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 20 beynəlxalq, 25 yerli humanitar təşkilatа yaradılmış şəffaf, sərbəst və səmərəli şərait nəticəsində onlar tərəfindən dəyəri təxminən 30,0 milyon manat həcmində müxtəlif  humanitar və inkişaf layihələri həyata keçirilmişdir.

 

2017-ci ildə məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması məqsədi ilə yeni iş yerlərinin yaradılması da daim diqqət mərkəzində saxlanılmışdır.

 

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi üçün əlavə Maliyyələşdirmə” çərçivəsində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 22 min nəfərin faydalandığı, dəyəri 4,8 milyon manat olan 44 icma mikrolayihəsi icra edilmişdir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində 1997 nəfər daimi işlə təmin olunmuş, 356 nəfərə işsiz statusu verilmiş,  112 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 239  nəfər əmək bazarının müasir tələblərinə uyğun olaraq peşə hazırlığı kurslarına və 136 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

 

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 92 nəfər məcburi köçkün sahibkara  3,4 mln. manat güzəştli kredit verilmiş, 162 yeni iş yeri açılmışdır.

 

Son 14 ildə :

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə 630 min nəfərin faydalandığı və dəyəri 125 milyon manat təşkil edən 950 icma mikrolayihələri icra edilmişdir.

 

Sahibkarlığın inkişafı məqsədi ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2074 nəfər məcburi köçkün sahibkara  44,3 milyon manat güzəştli kredit verilmiş, 3840 yeni iş yeri açılmışdır. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir.

 

380  min nəfər əmək qabiliyyətli məcburi köçkündən 200  min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 161 min nəfəri isə müvəqqəti işlə təmin edilib.

 

2017-ci ildə bir nəfər məcburi köçkünə  xərclənən vəsaitin həcmi təxminən 785 manat təşkil etmişdir.

 

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək     (6,2 dəfə) azalmışdır.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm olaraq çatdırılması məqsədi ilə xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının və humanitar təşkilatlarının 130-dan çox nümayəndəsi ilə  görüş keçirilmiş, həmçinin onların yeni inşa edilmiş yaşayış komplekslərində məcburi köçkünlərlə görüşləri təşkil edilmişdir.

 

Keçirilmiş bütün görüşlərdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləriyaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilmiş və onlara Komitə tərəfindən müxtəlif dillərdə hazırlanmış kitablar, video materiallar, Xocalı Soyqırımı barədə 7 dildə çap edilmiş məlumat kitabı və s. təqdim olunmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin  tapşırığına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına həsr olunmuş, azərbaycan, rus və ingilis dillərində 152 səhifəlik kitab və 20 dəqiqəlik film hazırlanmış və 2017-ci il sentyabrın 21-də həmin kitabın və filmin geniş təqdimat mərasimi keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə :

 

2017-ci il fevralın 7-də ölkəmizdə akkreditasiya olunmuş 18 xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunmuşdur.

 

2017-ci il fevralın 15-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş 60-a yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri təşkil olunmuşdur.

 

2017-ci il dekabrın 11-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin Tərtər rayonuna səfəri təşkil edilmişdir.

 

Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1176 məcburi köçkün ailəsi üçün yeni inşa edilmiş yaşayış kompleksinə baxış keçirmiş, sonra isə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, 1978-ci ildə ermənilərin özləri tərəfindən ucaldılmış, 1988-ci ildə dağıdılmış, hazırda qalıqları Tərtər rayonunun Şıxarx kəndinin ərazisində olan “Marağa–150” abidəsi ilə tanış olmuşlar. Həmin tarixi abidənin ərazisi Komitə tərəfindən abadlaşdırılmış, arxiv sənədləri, fotoşəkillər əsasında azərbaycan, rus, ingilis və fars dillərində stendlər quraşdırılmış, xüsusi buklet hazırlanmışdır.

 

2017-ci il martın 12-də Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətinin, martın 19-da isə Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərlərinin Cocuq Mərcanlıya səfərləri baş tutmuşdur.

 

2017-ci il mayın 5-də Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda  keçirilən panel sessiyada ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı görülmüş işlər və qazanılmış təcrübə haqqında  tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

 

2017-ci il mayın 11-də Qaçqınların və  Məcburi    Köçkünlərin  İşləri üzrə  Dövlət Komitəsi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Abşeron rayonunun Masazır qəsəbəsində Avropa Günü münasibətilə tədbir keçirilmişdir.

 

2017-ci il iyunun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi, ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

 

2017-ci il  iyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr olunan “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər, Azərbaycan nümunəsi” adlı konfrans təşkil edilmiş və tədbirdə Komitənin nümayəndəsi  iştirak və çıxış etmişdir.

 

2017-ci il 2-6 oktyabr tarixlərində  Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  İsveçrənin Cenevrə şəhərində   BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında iştirak və çıxış etmişdir. Səfər müddətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi,  BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller  ilə görüş keçirilmişdir. Azərbaycan nümayəndə heyəti həmçinin Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılış mərasimində iştirak etmiş, BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivinə və BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”na baş çəkmişdir.

 

Görülən işlər və həyata keçirilən bütün tədbirlər xarici və yerli kütləvi informasiya vasitələrində mütəmadi olaraq geniş işıqlandırılmışdır.

 

Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin idarə olunması mexanizmi və sistemi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək dünyada analoqu olmayan bir mexanizmə, sistemə və Azərbaycan modelinə çevrildi.

 

Beləliklə, son dövrlərdə ölkəmizdə yaradılan və şəxsən cənab Prezidentin müəllifi olduğu Azərbaycan brendləri sırasına qaçqın və məcburi köçkünlərin idarə olunması brendi də əlavə edildi.

 

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycanda olan qaçqınların, məcburi köçkünlərin və “qaçqın” statusu almaq niyyəti ilə sığınacaq axtaran şəxslərin problemlərinin idarə olunması təcrübəsinə dair xüsusi məlumat toplusu hazırlanır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 146s nömrəli sərəncamına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən münaqişə nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərin qiymətləndirilməsi üzrə işlər davam etdirilmişdir.

 

2017-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 70 mindən artıq yazılı müraciətə baxılmış, 20 min nəfər qəbul edilmiş və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilmişdir.

 

Həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, düşərgələrdə və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.

 

Bu sahə ilə bağlı mövcud qanunvericilik aktlarında, qəbul edilmiş Dövlət Proqramında və ona edilmiş Əlavələrdə  nəzərdə tutulmuş məsələlər, ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcəkdir.