"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
FAQ
Print

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq aparılır. Komitənin sədrinin və digər vəzifəli şəxslərinin qəbul günlərinin cədvəli komitənin internet səhifəsində yerləşdirilmişdir. Bununla belə, zəruri hallarda hər iş günü ərzində, nahar fasiləsi istisna olmaqla, vətəndaşlar komitənin məsul əməkdaşları tərəfindən qəbul edilirlər.

 

Hazırda müraciətlərin çoxluğu nəzərə alınaraq, komitə sədri və digər məsul şəxslər tərəfindən  hər həftənin çərşənbə axşamı günü vətəndaşlar  qəbul edilir, onların müraciətlərinə baxılır.

 

Vətəndaşların qəbula yazılması mövcud qanunvericilik normaları əsasında həyata keçirilir.  Qəbulla bağlı ətraflı məlumat almaq üçün 430-09-24 nömrəli telefonla əlaqə saxlamaq və ya komitənin qəbul otağına müraciət etmək olar.

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.4. maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

 

Qeyd edək ki, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü­lərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri) (əgər onlar təkrar nikaha girməyiblərsə), 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (əgər onlar təkrar nikaha girməyiblərsə), Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum da bu güzəştdən istifadə edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi, istismarı və s. qaydasını müəyyən edir. Həmin Qaydaya əsasən, məcburi köçkünlər müvəqqəti yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə etməlidirlər.

 

Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.

 

Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, ev boşaldılaraq, komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

 

Məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş mənzillər xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən bu müavinət məcburi köçkün statusu olan aşağıdakı şəxslərə verilir:

 

ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə;

 

hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaq­lara;

 

"məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər);

 

məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.

 

Vahid aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:

 

məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, I qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaq­la);

 

məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, I qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 

 

məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına;

 

məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara

 

“məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara;

 

valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;

 

səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə;

 

 “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə;

 

“məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);

 

əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə;

 

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə;

 

dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

 

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

 

dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək);

 

2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla).

 

Qeyd edək ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1920 nömrəli Fərmanı ilə fərdi yaşayış evlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə ayda 40 manat, kompakt yaşayış yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə isə ayda 22 manat olmaqla vahid aylıq müavinət ödənilir.

 

Vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən təsdiq edildiyi üçün onlardan məcburi köçkün statusunu təsdiq edən vəsiqə tələb olunmur.

 

Lakin məcburi köçkünlər üçün müəyyən edilmiş güzəşt və imtiyazları (təhsil haqqı, vergi və dövlət rüsumları) təqdim edən orqanlarda onların statusu barədə məlumat olmadığı üçün həmin şəxslərdən məcburi köçkün vəsiqəsi tələb olunur.  Odur ki, həmin güzəşt və imtiyazlardan istifadə etməsi üçün məcburi köçkünlər həmin orqanlara vəsiqə təqdim etməlidirlər.

 

Məcburi köçkünlərə statusu təsdiq edən vəsiqələrin verilməsi  12 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesterində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə  dair Qaydalar” əsasında həyata keçirilir və Qaydalara uyğun olaraq, sənədlər məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə müvafiq sektor və ya nümayəndəliyə təqdim olunur.

 

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:

 

əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

 

bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Xeyr. Uşağın atası məcburi köçkün statusuna malikdirsə, uşağa status vermək olar. Amma ana işğaldan sonra ailə qurubsa, özü məcburi köçkündürsə, anaya status vermək olar, övladlarına isə yox. İşğal dövrü yetkinlik yaşına çatıbsa, anaya özünə görə, yetkinlik yaşına çatmayıbsa, anaya valideynlərinə görə məcburi köçkün statusu vermək olar. Amma birmənalı şəkildə ata məcburi köçkün statusuna malik olmalıdır ki, uşaq da status ala bilsin. Qaydaların 4.1.6-cı bəndinə əsasən status yalnız ataya görə müəyyən olunur, anaya görə status müəyyən olunmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, həmin şərtlər aşağıdakı kimi müəyyənləşdirilmişdir:

 

məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir;

 

məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər və bu şərtlərə əməl edilməməsi bu kirayə müqaviləsinin pozulmasına səbəb olur.

 

məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçür­mək hüququ yoxdur.

 

məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

 

məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər.

 

məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.

 

məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

 

Yeni mənzillərə köçürülmüş sakinlərin sənədlərini (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və köçkün vəsiqələrini) toplayaraq onlarla müqavilə bağlamaq, kirayə müqavilələrini bağlamaq, onların qeydiyyatı ilə bağlı təsərrüfat başına qeydiyyat kitabı hazırlamaq, hər birinin adlı siyahısını tərtib etmək mənzil istismar sahələrinin vəzifəsidir.

 

MİS-lər kommunal xidmətlər də göstərir. Məişət tullantılarının dövri olaraq atılması, ərazilərin, binaların, blok qəfəslərinin təmizlənməsi, əhaliyə xırda təmirlə, yaxud santexnika işi ilə bağlı kömək etmək, yaşıllaşdırma işinin həyata keçirilməsi də onların fəaliyyət sahəsinə daxildir.

 

Bundan başqa MİS-lər əlaqələndirici funksiyanı da yerinə yetirir. Dövlət Mənzil Fondu məcburi köçkünlər üçün tikilmiş qəsəbəni  Dövlət Komitəsinə təhvil verir. Onun  da idarəçiliyini Mənzil İstismar Departamenti ilə yerlərdə MİS-lər həyata keçirir. Bununla bərabər qəsəbələrdə su, qaz-istilik, elektrik şəbəkəsinin fəaliyyəti aidiyyəti təşkilatlara verilir. Rayonun öz elektrik, qaz, su idarəsi olur. Qəsəbədə bu sahələrdə hansısa çatışmazlıq olanda MİS-lər həmin orqanlarla əlaqələndirici funksiyanı yerinə yetirir. Mənzil fondunun idarə olunması, mənzillərdə boşluq yaranarsa, yəni mənzildəki bu və ya digər şəxsə yenidən ev verilərsə onlar qeydiyyata alınır.

 

Mənzil fondunun mövcud vəziyyəti barədə, yəni neçə mənzili istifadəsiz saxlanılması, neçəsinin təmirə ehtiyacı olduğu ilə bağlı MİS aylıq hesabat aparır və Mənzil İstismar Departamentinə təqdim edir. MİS-lər yerli, yaxud köçkün rayonun icra hakimiyyətinin nümayəndəsi ilə də əlaqələndirici funksiyanı yerinə yetirir. Mənzil istismar sahələri əhaliyə kommunal xidmət göstərilməsi sahəsində olan idarəçiliyin birbaşa təşkilatçısıdır.

Məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları yaşayış sahələri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır. Məcburi köçkünlərə verilən mənzillər onların müvəqqəti istifadəsinə verilir. Həmin mənzillər satıla, dəyişdirilə və özəlləşdirilə bilməz. Odur ki, məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində məcburi köçkünlərə verilən mənzillərdə yalnız həmin mənzil üçün departamentlə məcburi köçkün arasında bağlanan kirayə müqaviləsində adları göstərilən şəxslər yaşamaq hüququna malikdir. Müqavilə ailə başçısı ilə bağlanır. Ailə başçısı vəfat etdikdən sonra ailənin digər üzvlərinin həmin mənzildə yaşamaq hüququ saxlanılır.

 

Əgər mənzil bir nəfər məcburi köçkünə verilibsə və həmin şəxs vəfat etdikdən sonra həmin mənzil Komitənin köçürülmə ilə bağlı yaradılmış komissiyasının qərarı əsasında ehtiyacı olan digər məcburi köçkün ailəsinə verilir. Qeyd edirik ki, həmin mənzildə yaşayan şəxs vəfat etdikdən sonra onun qohumlarının və tanışlarının bu mənzildə məskunlaşması qanunvericiliyin tələblərinə ziddir.

Məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Dövlət digər vətəndaşlar kimi məcburi köçkünlərin də işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır.

 

Məcburi köçkünlərin işə qəbulu zamanı əmək kitabçasının təqdim edilməsi məcburi deyil. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı bu şəxslər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər.

 

Sahibkarlıqla məşğul olan məcburi köçkünlər üçün mövcud qanunvericilikdə hər hansı xüsusi güzəşt  nəzərdə tutulmayıb. Ölkədə sahibkarların fəaliyyətinə dəstək olan bir çox layihələr həyata keçirilir, subsidiyalar verilir, vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılır. Məcburi köçkünlər də digər vətəndaşlar kimi həmin güzəştlərdən yararlana bilər. Bundan öncə rayonlarda yeni tikilən qəsəbəblərin istifadəyə verilməsi zamanı məcburi köçkün ailələrinə kənd təsərrüfatı ilə məşğul olması üçün torpaq sahəsi verilirdi.