"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
STATE CARE
Print

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlıolmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

 

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimizin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.

 

O da tarixi həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin  xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkədə bir nömrəli problem adlandırırdı.

 

Heydər Əliyev hər zaman Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də uğurlu nailiyyətlərə imza atdı. Görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi.

 

1999-cu ildə ümummilli liderin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alırdı və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu.

 

Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın ENİ şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın ENİ şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər inşa edildi, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkildi. Lakin qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində əsas missiya məhz Azərbaycan dövlətinin öz üzərinə düşürdü. Digər tərəfdən o da qeyd edilməlidir ki, bu problemlərin yarandığı ilk illərdən fərqli olaraq, ölkəmizə yardım göstərən humanitar təşkilatlar sonradan sözügedən sahədə fəaliyyətlərini azaltmağa başladılar.                    

 

Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 milyon ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 milyon dollar təşkil edirdi. 2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı ümumiyyətlə dayandırıldı. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumət bu sahə üzrə çəkilən xərclərin nəinki azalmasına imkan verdi, əksinə, onların miqdarını daha da artırdı.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə bu problemin siyasi yolla həlli istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

 

Ölkədə iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi imkanı xalqımızın ümummilli lideri daim ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltmiş, problemin siyasi yolla həlli üçün bütün imkanlarını səfərbər etmişdi. Məhz ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən problemin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı və tədricən Azərbaycan problemlə əlaqədar öz mövqeyini möhkəmlətdi. Bununla bir daha dünya ictimaiyyətinə sübut etdi ki, bu, Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir və buna da uyğun diqqət olmalıdır.

 

Ulu öndər Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmış, BMT-nin  Təhlükəsizlik Şurası tərəfindən müünaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi,  qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə  4 qətnamə (1993-cü ildə 30 aprel tarixli 822 nöömrəli, 29 iyul tarixli 874 nömrəli, 11 noyabr  tarixli 884 nömrəli) qəbul edildi.

 

Məhz Ulu öndərin fəaliyyəti nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail  olundu.  

Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsinə, müdafiə qabiliyyətinin artırılmasınaimkan  yaradıldı. ATƏT-in 1994-cü  il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul Sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü. 1997-ci ildə Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlik institutu yaradılmış, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən 907-ci düzəlişin icrası 2002-ci ilin yanvarından dayandırıldı.

 

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Mins qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başmıları ilə 500-dən çox görüşlər keçirmişdir.

 

BMT-nin Baş Assambleyası " Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım" adlanan  48/114 saylı 20 dekabr 1993-cü il tarxili və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"adlanan 60/285 7 sentyabr 2006-cı il tarixli qətnamələri qəbul etmişdir.Lakin Ermənisan bu qərarların heç birinə əməl etmir.

 

Hüquqi bazanın yaradılması

 

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləriAzərbaycan dövlətinin hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycanda olan məcburi köçkünlük probleminə digər ölkələrdə olan oxşarproblemlərlə eyni konteksdən baxılmamalıdır. Ölkəmizdə məcburi köçkünlüyün yaranma səbəbinin spesifik cəhəti ondan ibarətdir ki, insanlar öz doğma yurd-yuvalarını Ermənistanın hərbi təcavüzü, ərazilərimizin Ermənistan ordusu tərəfindən işğal edilməsi nəticəsində tərk etməyə məcbur olmuşlar. Nəticədə məcburi köçkün düşmüş azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqları - yaşamaq, azadlıq, mülkiyyət, əqli mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, şərəf və ləyaqətin müdafiəsi, vicdan azadlığı, zərərin ödənilməsini tələb etmək və s. hüquqları pozulmuşdur.

 

Azərbaycan hökuməti əhalinin bu həssas təbəqəsinin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görmüş və görməkdə davam edir.Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il «Qaçqınların statusu haqqında» Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş, qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslərlə bağlı beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmış və bir sıra qanunlar qəbul edilmişdir.

 

Ölkədə olan qaçqınların, məcburi köçkünlərin, «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin  sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarəolunması məqsıdi ilə 1998-ci ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir

 

O cümlədən 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında»,  1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslə­rin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edilmişdir.

 

Eyni zamanda  Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı qəbul edilmişdir.

 

1994-cü ilin may ayından vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 14 min nəfərədək məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi  davam etdirilmişdir.

 

1999-cu il dekabrın 6-da Ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması , həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"  təsdiq  edilmişdir.  

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına uyğun olaraq məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir.

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına  əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən 43 Fərman və Sərəncam imzalandı, Milli Məclis 23 Qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi.

 

Dövlət Proqramının icrası, çadır düşərgələrinin ləğvi, Dövlət Neft Fondu və digər mənbələr  hesabına salınmış yeni qəsəbələr, sosial müdafiə tədbirləri

 

Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini yerindəcə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün də konkret addımlar atılırdı.

 

«İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,   köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir»  deyən xalqımızın Ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan  əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı. Dövlət Neft Fondunun ilkin vəsaiti 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Ölkəmizdə mövcud olan və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsus idi. 

 

Azərbaycan Hökuməti tərəfindən ölkəmizdə olan məcburi köçkünlərin sosial, məşğulluq, təhsil, yaşayış sahəsi  və tibbi təminatı ilə əlaqədar həyata keçirilən tədbirlər bu barədə Ölkə başçısı tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarına uyğun olaraq, mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət problemlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata keçirilir.

 

Ümumiyyətlə  Ölkə prezidentinin 3 fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 71,8 milyon AZN vəsait hesabına  18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32  qəsəbə, 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3174 yerlik 18 məktəb, 6 musiqi məktəbi, 576 yerlik 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 11 rabitə evi, 14 inzibati bina, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik  xətti, 22 artezian quyusu, 133 km irriqasiya sistemi, 73 su anbarı və s. sosial obyektlər istifadəyə verildi.

 

Nəticədə 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırıldı və respublikamızda mövcud olan 12 çadır düşərgəsindən Biləsuvar rayonundakı 5-i 2003-cü ildə ləğv edildi.

 

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Şübhəsiz, ümummilli liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

 

dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edildilər.

 

Xalqımızın ümummilli lideri əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri,  qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirdi.

 

Bu problem ölkədə bir nömrəli problem adlandırıldı.

 

Beynəlxalq  humanitar təşkilatlar və maliyyə qurumları ilə bu sahədə olan nümunəvi əməkdaşlıq

 

Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası  yaradılmış və 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamla həmin Komissiyanın yeni tərkibi  təsdiq edilmişdir. Komissiya öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsi vasitəsilə həyata keçirir.

 

Xüsusi ilə qeyd etmək lazımdır ki, müstəqilliyin  ilk illərində iqtisadi cəhətdən o ağır dövrdə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində donor ölkələr, maliyyə qurumları, beynəlxalq humanitar təşkilatların köməyi və yardımı əlahiddə olmuşdur.

 

18 may 2000-ci ildə Bakı şəhərində keçirilmiş “İnkişaf Problemləri və Strateji istiqamətlər” mövzusunda beynəlxalq konfransda  Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev çıxışında beynəlxalq və  yerli humanitar təşkilatların bu sahədə gördükləri işləri yüksək qiymətləndirdi.

 

Ümummmili Lider Heydər Əliyevin daimi məskunlaşmamış qaçqınların və çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması ilə əlaqədar fərman və sərəncamlar

 

Əsası Ümummmili Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərin həyata keçerilməsinə başlanıldı. 

 

“Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 16.6 mln. AZN həcmində ilk vəsait hesabına sifarişçi təşkilat olan Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən daimi məskunlaşmamış qaçqınlar üçün bütün kommunikasiyaları ilə birlikdə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində 364 evdən, Şəmkir rayonunda 126 evdən, Yevlax şəhərində 65 evdən, Abşeron rayonu Mehdiabad qəsəbəsində 108 evdən, Sabunçu rayonu Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbələr salındı, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 153 ədəd fərdi ev, Sumqyıt şəhərində 2 mərtəbəli 14 mənzilli yaşayış binası və 2 fərdi ev, Ağstafa rayonunda 17 fərdi ev, İsmayıllı rayonuda 45 fərdi ev, Bakı şəhərində 3, Oğuz rayonunda 3, Şəki şəhərində 2, Gədəbəy rayonunda 1 fərdi ev  ( ümumilikdə 1011 ev – 949 fərdi və 62 mənzilli 2 yaşayış binası ) tikildi, qaçqınlar yeni qəsəbələrə və evlərə köçürüldülər.

 

1995-ci ildən respublikanın 18 rayonunda tikintisi yarımçıq qalmış 319 evdə də tikinti işləri sona yetirilərək qaçqınların istifadəsinə verildi.

 

Həmçinin Ermənistandan qaçqın düşmüş, ordakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsinin verilməsi, 1988-1992-ci illərdə Ermənistandan çıxarılan, hazırda respublikamızın ərazisində daimi məskunlaşmış qaçqınların yaşadıqlıarı tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təmin edildi. 

 

“Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisin də məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 16,8 mln AZN məbləğində vəsait hesabına Ağdam rayonunun Quzanlı ərazisində 100 ailəlik, Xındırıstanda 100 ailəlik, Ayaq-Qərvənddə 150 ailəlik, Ergidə 150 ailəlik (cəmi 500 ailəlik) 4 qəsəbə salındı, həmçinin 135 yerlik 2 məktəb binası, 2 tibb məntəqəsi, 4 hamam , 14 yerlik 4 uşaq bağçası, 100 yerlik 2 klub-icma mərkəzi tikildi, içməli su, elektrik enercisi təchizatı xətləri və qəsəbədaxili yollar çəkildi.Füzuli rayonunun Haramı ərazisində hər biri 200 ailəlik 4 qəsəbə salındı, həmçinin 135 şagird yerlik 4 məktəb binası, 4 tibb məntəqəsi, 4 hamam, 14 yerlik 2 uşaq bağçası, 100  yerlik 2 klub-icma mərkəzi, 4 poçt binası, 1 yanğınsöndürmə postu inşa edildi, içməli su, elektrik enerjisi təchizatı xətləri və qəsəbədaxili yollar çəkilib məcburi köçkünlərin istifadəsinə verildi.

 

“Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 38.4 mln AZN vəsait hesabına Biləsuvar rayonunu ərazisində 2560 ailəlik 6 yaşayış qəsəbələri salındı. Bu qəsəbələrdə 198 şagird yerlik 6 məktəb binası, 5 tibb məntəqəsi, 50 çarpayılıq xəstəxana, 50 yerlik 6 uşaq bağçası, 6 rabitə binası, 2 yanğınsöndürmə postu, 6 hamam, 6 klub-icma mərkəzi inşa edildi, içməli, suvarma su, elektrik enercisi təchiztı xətləri, qəsəbədaxili və qəsəbəxarici yollar çəkildi.

 

Eyni zamanda, Füzuli rayonunun Haramı ərizisində 1221 ailəlik 6 yaşayış qəsəbəsi tikilib istifadəyə verildi, həmçinin 198 şagird yerlik 3 məktəb binası, 2 tibb məntəqəsi, 25 çarpayılıq xəstəxana, 14 yerlik 6 uşaq bağçası, 3 rabitə binası, 1 yanğınsöndürmə postu inşa edildi, içməli, suvarma su, elektrik enerjisi təchizatı xətləri, qəsəbədaxili və qəsəbəxarici yolların çəkilişi başa çatıdırıldı.

 

Fərmanın icrası ilə əlaqədar 2560 ailə Biləsuvar rayonunda, 1221 ailə isə Füzuli rayonunun Haramı ərazisində (cəmi 3781 ailə) yeni salınan qəsəbələrə köçürüldü və ilkin olaraq Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin may-iyun aylarında ləğv edildi.

 

Yeni salınmış qəsəbələrdə 35 min nəfərdən çox qaçqın, məcburi köçkün və yerli əhali həmin qəsəbələrin tikintisində işlə təmin olunmuşdur. Qəsəbələrə köçürülmüş hər bir ailəyə həyətyanı və əkin sahələri  ayrılmış, onlara kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli 182 nömrəli qərarı ilə müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə  yardımı  verilmişdir. Yeni salınmış qəsəbələrdə 6 mindən çox  iş yerləri yaradılmışdır ki, onlardan 5 mindən çoxu ayrılmış  torpaq sahələrində, min nəfəri isə büdcə təşkilatlarında çalışırlar.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev :

 

27 iyul 1995-ci ildə Ukrayna Prezidenti Leonid Kuçma ilə birlikdə Bakının Nəsimi rayonu ərazisində müvəqqəti məskunlaşmış Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərlə görüşdü;

 

8 dekabr 1995 - ci ildə   Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birlikdə  M.Ə. Rəsulzadə adına BDU tələbə şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

24 fevral 1996-cı ildə Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar olaraq prezident sarayında Xocalı sakinlərinin bir qrupu ilə görüşdü; http://www.qmkdk.gov.az/docs/az_dili_2.pdf

 

18 mart 1996-cı ildə  Türmənistan Prezidenti Saparmurad Niyazov ilə birlikdə  Bakı Dəmir Yolu Nəqliyyat Texnikomunun yataqxanasında məskunlaşmış Füzuli, Zəngilan, Şuşa, Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşdü;

 

28 mart 1996-cı ildə Ruminiya Prezidenti İon İliyeskunun ilə birlikdə  Bakıdakı 10 saylı Texniki peşə məktəbinin yataqxanasında məskunlaşmış Füzuli, Zəngilan, Ağdam, Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşdü;   

 

1 aprel 1996-cı ildə   Kəlbəcər rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü  ildönümü ilə əlaqədar olaraq rayon sakinlərinin nümayəndələri ilə görüşdü;  http://www.qmkdk.gov.az/docs/qaygi_az.pdf

 

6 may 1996-cı ildə Prezident sarayında Şuşa və Laçın rayon sakinlərinin bir qrupu ilə görüşdü;  

 

2 avqust 1996-cı ildə  Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının  3-cü  ildönümü ilə əlaqədar Ağdam rayon ictimaiyyətinin  nümayəndələri ilə görüşdü;  

 

7 sentyabr 1996-cı ildə Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının  3-cü  ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdü;

 

16 sentyabr 1996-ci ildə Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev ilə birlikdə  H. Rəsulbəyov adına Rabitə Kollecinin yataqxanasında  müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

16 oktyabr 1996-cı ildə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etdi;

 

29 dekabr  1996-cı ildə Prezident sarayında Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü; 

 

2 aprel 1997-cı ildə   Kəlbəcər rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 4-cü  ildönümü ilə əlaqədar Nərimanov rayonundakı yataqxanada müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüşdü;

 

23 aprel 1997 -ci ildə  Qırğızıstan Prezidenti Əsgər Akayev ilə birlikdə  M.Ə. Rəsulzadə adına BDU tələbə şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;  

 

19 iyul 1997-ci ildə Prezident sarayında qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirdi.

 

20 mart 1998-ci ildə Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və  məcburi köçkünlər üçün keçirilən bayram şənliyində iştirak etdi; 

 

27 iyun 1998-ci ildə   “Respublika” sarayında qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsində iştirak etdi; 

 

1998-ci il 2 sentyabrda BMT QAK-ın Ali komissarının  köməkçisi Soren Yessen-Petersen ilə görüşdü;

 

9 oktyabr  1998-ci ildə Seçkiqabağı görüş proqramı çərçivəsində İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında  çadır düşərgələrində məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

18 mart 1999-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun direktoru Anne-Billem Baylavedlə görüşdü;

 

19 mart 1999-cu ildə Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı iki məcburi köçkünün (Füzuli və Cəbrayıl rayonlarından)toy mərasimində iştirak etdi;  http://www.qmkdk.gov.az/docs/qaygi_bilesuvar_az.pdf

 

9  sentyabr 1999-cu ildə  BMT-nin qaçqınlar üzrə Ali Komissarı Sadako Oqata ilə görüşdü;

 

18 may 2000-ci il Qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “İnkişaf  Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfransda iştirak etdi;

 

12 iyul 2000-ci ildə Türkiyə Cumhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər ilə birlikdə Nərimanov rayonundakı Səttarxan adına Neft Maşınqayırma Zavodunun tikintisi yarımçıq qalmış inzibati binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdü;

 

8 dekabr 2000-ci il R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Azərbaycanda  Məcburi Köçkünlər:Avtoportret” fotosərgisinin açılış mərasimində iştirak etdi;  

 

16 iyul 2002-ci il  Qaçqın və məcburi köçkünlərin problemləri, onlar  üçün tikilən qəsəbələrin müzakirəsi ilə bağlı  Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclasını keçirdi;  

 

13 sentyabr 2002-ci ildə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və xocalıdan olan məcburi köçkünlər  üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi;

                                                                                 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair Bakıda keçirilən beynəlxalq konfransda çıxışı:   http://www.qmkdk.gov.az/docs/az_dili.pdf