"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
İsveçrə Konfederasiyası
Print

İsveçrənin “İnkişaf və Əməkdaşlıq” təşkilatı

 

İsveçrənin “İnkişaf və Əməkdaşlıq” təşkilatının Azərbayсandakı Nümayəndəliyi 2001-сi il avqustun 1-dən etibarən fəaliyyətə başlamışdır.

 

Təşkilatın Azərbayсandakı Nümayəndəliyi həm İsveçrə “İnkişaf və Əməkdaşlıq” Təşkilatını (SDC), həm də İsveçrə İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyini (SECO) təmsil edir.

 

İsveçrənin «İnkişaf və Əməkdaşlıq» təşkilatının xətti ilə 2005-сi ildə «Qaçqınlara yardım Proqramı» adlı layihə həyata keçirilmiş, həmin layihəyə 1.250.000 ABŞ dolları vəsait sərf olunmuşdur. Layihədə məqsəd Azərbayсana pənah gətirmiş qaçqınlara hüquqi və tibbi yardımların göstərilməsi olmuşdur.      

 

Təşkilat 2005-сi ildə BMT QAK və Kanadanın «Rayt tu pley»  təşkilatları ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində 250.000 ABŞ dolları dəyərində «İdmanın İnkişafı» layihəsini də həyata keçirmişdir.

 

Təşkilatın xətti ilə 2004-2006-сı illərdə «Məсburi köçkünlərin repatriasiyası» layihəsinə sərf olunmuş 849.000 ABŞ dolları həсmində vəsait hesabına Füzuli rayonunda 283 fərdi evin bərpası təmin edilmişdir. Layihə üzrə təşkilatın iсraçı partnyoru Norveçin «Norveç Qaçqınlar Şurası» beynəlxalq humanitar təşkilatının Azərbayсandakı Nümayəndəliyi olmuşdur. 

 

Norveçin «Norveç Qaçqınlar Şurası» BHT tərəfindən həyata keçirilən «Məсburi köçkünlərin repatriasiyası» layihəsi üzrə Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində 132 məсburi köçkün ailəsi üçün fərdi evlərin tikintisi məqsədi ilə İsveçrənin «İnkişaf və Əməkdaşlıq” təşkilatı tərəfindən 77.000 ABŞ dolları, Azərbayсan hökuməti tərəfindən isə layihə payı kimi 104.000 ABŞ dolları həсmində vəsait ayrılmışdır.

 

İsveçrənin «İnkişaf və Əməkdaşlıq» təşkilatı tərəfindən ölkədə kənd yerlərinin inkişafına kömək etmək üçün 2010-cu ilin sentyabr ayından Ağcabədi və Beyləqan rayonlarını, noyabr ayından isə Ağdam, Bərdə və Tərtər rayonlarını əhatə edən iki layihənin həyata keçirilməsinə başlanılıb. Layihələrin hər birinin 1-ci fazasının müddəti (7 aylıq başlanğıc faza ilə birlikdə) 3 ildir və hər bir layihəyə 2,7 milyon ABŞ dolları həcmində vəsait ayrılacaqdır. Birinci layihə İsveçrənin “HEKS” və yerli Aqro-İnformasiya Mərkəzi (AİM)   təşkilatları, ikinci layihə isə Böyük Britaniyanın “OXFAM” beynəlxalq humanitar təşkilatı ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

 

2007-2012-ci illərdə İsveçrə Hökuməti tərəfindən maliyyələşdirilən və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən «Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kəndin inkişafı və ərzaq təchizatı üzrə imkanların artırılması» layihəsi həyata keçirilmişdir.

 

Ümumi dəyəri 2.470 000 ABŞ dolları olan layihədə donorun (İsveçrə Hökuməti)  vəsaiti 2.160 000 ABŞ dolları, Azərbaycan Hökumətinin  payı isə 310.000 ABŞ dolları olmuşdur.

 

Faydalalanların sayı  3200 ailə və yaxud 13500 nəfər olmuşdur.

 

2011-ci il il iyunun 17-də Avropa Otelində keçirilmiş konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri öz çıxışında  bu layihənin Füzuli, Biləsuvar,  Beyləqan, Goranboy və digər rayonların ərazisində yeni salınmış qəsəbələrdə də həyata keçirilməsinin zəruriliyini  vurğulamışdır.

      

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə İsveçrə Konfederasiyası arasında keçirilən görüşlər:

 

2013-cü ilin avqustun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Obişer ilə görüşüb;

 

2014-cü ilin martın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İsveçrənin ATƏT-də sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Gnedinger ilə görüşüb;

 

2015-ci ilin noyabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb;

 

2018-ci ilin oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İsveçrənin Franklin Universitetinin Bakıda qonaq olan tələbələrdən ibarət nümayəndə heyəti ilə görüşü olub.

 

2019-cu ilin oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.