"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramı
Print

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin  yaxşılaşdırılması və  məşğulluğunun  artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi  haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.

 

Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.

 

Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:

 

1. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

 

3.Özəl müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. [i]

 

4.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;

 

Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

5.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2004-cü il

 № 298

 

 

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə

 

Dövlət proqramı

 

Sıra №-si

Tədbirin adı

Tədbirin məqsədi

İcra müddəti

İcraçılar

1. Yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsində

1.1.

«Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmiryolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli, 80 nömrəli Sərəncamına uyğun olaraq:

uzun illər çadır düşərgələrində, eləcə də dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 3860 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2004 — 2006-cı illər

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli, 80 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri

 

Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində;

 

Kəlbəcər rayonundan olan 149 məcburi köçkün ailəsi üçün Bərdə rayonu ərazisində;

 

Laçın rayonundan olan 37 məcburi köçkün ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması, habelə Bərdə və Ağcabədi rayonları ərazilərində çadır düşərgələrinin ləğv edilməsi

1.2.

Saatlı, Sabirabad rayonları ərazisində çadır düşərgələrində və İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış:

ağır şəraitdə yaşayan 4179 məcburi köçkün ailəsinin mənzil- məişət vəziyyətinin yaxşılaşdırılması

2004 — 2007-ci illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

 

Füzuli rayonundan olan 2104 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində;

 

Cəbrayıl və digər rayonlardan olan 2019 məcburi köçkün ailəsi üçün Biləsuvar rayonu ərazisində;

 

Ağdam rayonundan olan 35 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində;

 

Laçın rayonundan olan 21 məcburi köçkün ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması, habelə Saatlı və Sabirabad rayonları ərazilərindəki çadır düşərgələrinin ləğv edilməsi

1.3.

Mingəçevir, Yevlax, Goranboy, Şəki, Saatlı, Sabirabad, Laçın (Taxta Körpü), Bərdə, Füzuli, Ağcabədi, Ağdam, İmişli, Dəvəçi şəhər və rayonlarında istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün qəsəbələrin salınması

ağır şəraitdə yaşayan 6315 məcburi köçkün ailəsinin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması

2006 — 2007-ci illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.4.

Ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında məskunlaşmış məcburi köçkün ailələri üçün yeni evlərin inşası

məcburi köçkün ailələrinin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması

2005 — 2007-ci illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.5.

Beyləqan rayonu ərazisində Xocavənd rayonuna məxsus qış yataqlarında məskunlaşmış, çətin şəraitdə yaşayan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması

Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması

2005 — 2006-cı illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.6.

Goranboy rayonunun Yuxarı Ağcakənd ərazisində Xocalı rayonundan olan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması

Xocalı rayonundan olan 500 məcburi köçkün ailəsinin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması

2005 — 2006-cı illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.7.

Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları və təmirə daha çox ehtiyacı olan 268 obyektin (yataqxana, ictimai bina, sanatoriya, sağlamlıq düşərgələri, tikintisi yarımçıq qalmış binalar və s.) mövcud vəziyyətinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə öyrənilməsi, onların infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi (su, qaz, elektrik enerjisi, kanalizasiya, dam örtüyü və s.)

Bakı, Sumqayıt və digər şəhərlərdə məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə infrastrukturun istismara yararlı hala salınması

2004 — 2005-ci illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Bakı, Sumqayıt, digər şəhər və rayon icra hakimiyyətləri

1.8.

Naxçıvan MR-ın, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Qazax və Gədəbəy rayonlarının işğaldan azad olunmuş və müharibə zamanı zərər dəymiş yaşayış məntəqələrində bərpası başa çatdırılmamış evlərin, sosial və texniki infrastrukturların, tarix, mədəniyyət müəssisələrinin və abidələrinin bərpası və yenidən qurulması işlərinin aparılması

işğaldan azad olunmuş və müharibə zamanı zərər dəymiş sərhədyanı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və mədəni abidələrin bərpası

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Dəymiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri [i]

1.9.

Beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatların iştirakı və maliyyə dəstəyi ilə Böyük Repatriasiya («Böyük Qayıdış») proqramının hazırlanması

məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına hazırlıq işlərinin həyata keçirilməsi

2004 — 2005-ci illər

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq dövlət orqanları və beynəlxalq qurumlar

1.10.

İşğaldan azad olunan ərazilərin, yolların, elektrik xətlərinin, su borularının, suvarma kanallarının, məcburi köçkünlərə müvəqqəti istifadəyə verilən və yaşayış qəsəbələrinin tikintisi üçün ayrılan torpaq sahələrinin minalardan təmizlənməsi işinin davam etdirilməsi

yeni qəsəbələrə və ya bərpa olunmuş evlərinə köçürülən məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentlik, rayon icra hakimiyyətləri

1.11

Füzuli və Ağdam rayonlarının işğaldan azad olunan ərazilərində irriqasiya komplekslərinin bərpası

kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlər üçün lazımi şəraitin yaradılması

2004 — 2005-ci illər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri

2. Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində

2.1.

Ağdam, Ağcabədi (Laçın qış yataqları), Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayonlarında kiçik süd emalı sexlərinin tikintisi

məcburi köçkünlərin məşğulluğunun artırılması və sosial şəraitinin yaxşılaşdırılması

2004 — 2007-ci illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Ağcabədi, Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayon icra hakimiyyətləri

2.2.

Ağdam, Ağcabədi (Laçın qış yataqları), Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayonlarında aqro servis mərkəzlərinin yaradılması

məcburi köçkünlərin müvəqqəti istifadəsində olan torpaq sahələrindən səmərəli istifadə edilməsi, məhsul istehsalının artırılması

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Ağcabədi, Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayon icra hakimiyyətləri, beynəlxalq qurumlar

2.3.

Ağdam, Biləsuvar, Füzuli və Goranboy rayonlarında meyvə-tərəvəzin ilkin emalı və meyvə şirələrinin istehsalı sexlərinin tikintisi

məcburi köçkünlərin işlə təmin olunması, məhsul istehsalının artırılması, yoxsulluğun azaldılması

2005 — 2006-cı illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Biləsuvar, Füzuli və Goranboy rayon icra hakimiyyətləri, beynəlxalq qurumlar

2.4.

Ağdam, Biləsuvar, Füzuli və Ağcabədi (Laçın qış yataqları) rayonlarında gön-dəri, yun tədarükü və satışı müəssisələrinin yaradılması

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması, məhsul istehsalının artırılması, yoxsulluğun azaldılması

2005 — 2007-ci illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Biləsuvar, Füzuli və Ağcabədi rayon icra hakimiyyətləri, beynəlxalq qurumlar

2.5.

Ağdam, Ağcabədi (Laçın qış yataqları), Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayonlarında çörək sexlərinin tikintisi

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2004 — 2006-cı illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Biləsuvar, Füzuli və Ağcabədi rayon icra hakimiyyətləri, beynəlxalq qurumlar

2.6.

Ağdam rayonunda kərpic sexinin tikintisi

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2005-ci il

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam Rayon İcra Hakimiyyəti

2.7.

Ağdam, Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayonlarında kiçik xalçaçılıq sexlərinin yaradılması

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2004 — 2007-ci illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayon icra hakimiyyətləri, beynəlxalq qurumlar

2.8.

Ağdam rayonunda toxumçuluq müəssisəsinin (50 ha) yaradılması və 50 ha sahədə üzüm bağlarının salınması

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2005-ci il

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam Rayon icra Hakimiyyəti

2.9.

Ağdam, Ağcabədi (Laçın qış yataqları), Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayonlarında ticarət mərkəzlərinin inşası

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2005 — 2006-cı illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Ağcabədi, Bərdə, Biləsuvar, Füzuli və Goranboy rayon icra hakimiyyətləri

2.10.

Yeni salınan qəsəbələrdə sahibkarlara, fermer təsərrüfatlarına kreditin ayrılmasında köməklik göstərilməsi

sahibkarlıq fəaliyyəti ilə məşğul olan və fermer təsərrüfatları yaradan məcburi köçkünlərə lazımi şərait yaradılması

2005 — 2007-ci illər

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, beynəlxalq qurumlar, kredit təşkilatları

2.11.

Yeni salınacaq qəsəbələrin tikintisi ilə bağlı işlərə müvafiq rayonlardan olan məcburi köçkünlərin cəlb edilməsi

məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, müvafiq rayon icra hakimiyyətləri

2.12.

Məcburi köçkünlər üçün müxtəlif peşə və ixtisaslar üzrə hazırlıq kurslarının təşkili

məcburi köçkünlərin tələbata uyğun yeni peşələrə yiyələnmələrinə köməklik göstərilməsi

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2.13.

Yeni salınan qəsəbələrdə abadlıq işlərinin görülməsi üçün haqqı ödənilən işlərin təşkili

qaçqın və məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri

2.14.

Yeni qəsəbələrə köçürülən məcburi köçkün ailələrinə həyətyanı, əkin və otlaq sahələrinin ayrılması, onlara əvəzsiz maliyyə yardımının verilməsi

məcburi köçkünlərin kənd təsərrüfatı işlərinə cəlb edilməsi, yoxsulluğun azaldılması

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müvafiq rayon icra hakimiyyətləri

2.15.

Yeni salınmış qəsəbələrdə yeni iş yerlərinin, istehsalat sahələrinin yaradılması, qaçqın və məcburi köçkünlərin məşğuliyyətinin artırılması üçün bu işlərə donorların, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının cəlb olunması

qaçqın və məcburi köçkünlərin işlə təminatının artırılması, yoxsulluğun azaldılması

2004-cü il və sonrakı illər

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

2.16.

Yeni salınmış qəsəbələrdə əhalinin dizel yanacağı, gübrə, kənd təsərrüfatı texnikası və digər zəruri vasitələrlə təminatının yaxşılaşdırılması

qaçqın və məcburi köçkünlərin kənd təsərrüfatı işləri ilə məşğul olmalarına şərait yaradılması

2005-ci və sonrakı illər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri

2.17.

Beynəlxalq, yerli humanitar və onların təsis etdikləri təşkilatların yeni salınmış qəsəbələrin inkişafı proqramlarında fəal iştirakı üçün lazımi işlərin aparılması

qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşadıqları qəsəbələrdə yeni iş yerlərinin yaradılması

2004-cü il və sonrakı illər

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları

2.18.

Yeni salınan qəsəbələrdə qaçqın və məcburi köçkünlərin işə cəlb olunması üçün müxtəlif kiçik həcmli layihələrin hazırlanması və onların donor dövlətlərə, beynəlxalq humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarına təqdim olunması

qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2.19.

Yeni salınan qəsəbələrdə mövcud tələbata uyğun yaradılan sosial infrastruktur və digər obyektlərin kadrlarla komplektləşdirilməsi üçün lazımi tədbirlərin görülməsi

qaçqın və məcburi köçkünlərə göstərilən müvafiq sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması

müntəzəm

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "Bayva" MMC, müvafiq rayon icra hakimiyyətləri[ii] 

2.20.

Əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli qaçqınların və məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsi

qaçqınların və məcburi köçkünlərin işlə təminatının yaxşılaşdırılması

müntəzəm

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

2.21.

Səhiyyə müəssisələrində məcburi köçkünlərin pulsuz müayinə, müalicə və dərman preparatları ilə təmin olunması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi

məcburi köçkünlərə tibbi xidmətin keyfiyyətinin artırılması

müntəzəm

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, müvafiq rayon icra hakimiyyətləri

2.22.

Təbii qazla təmin olunmayan yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə payız-qış mövsümündə verilən ağ neft yanacağının aylıq normasının artırılması və ünvanlı çatdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi

məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması

2004-cü il və sonrakı illər

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2.23.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlara təhkim edilmiş nazirlik, komitə, şirkət, konsern, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanları tərəfindən onlara müxtəlif yardımların göstərilməsi

məcburi köçkünlərin sosial problemlərinin həllinə kömək göstərilməsi

müntəzəm

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Komissiyası, nazirlik, komitə, şirkət, konsern, şəhər və rayon icra hakimiyyətləri və digər aidiyyəti dövlət orqanları

 

3. Qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan dövlət orqanlarının, beynəlxalq və yerli humanitar təşkilatların işinin təkmilləşdirilməsi sahəsində

3.1.

Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə həyata keçirilməsi

ölkədə fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və həyata keçirilən layihələrin səmərəliliyinin artırılması

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

3.2.

Digər ölkələrdən olan qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial və digər problemlərinin həlli üçün müvafiq tədbirlərin görülməsi

qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial və digər problemlərinin həlli

müntəzəm

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti [iii]

3.3.

Donor ölkə, təşkilat, özəl şirkətlər və s. tərəfindən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları vasitəsilə həyata keçirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondunun sosial sığorta ödənişindən azad edilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi

donor ölkə, təşkilat, özəl şirkətlər və s. tərəfindən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları vasitəsilə humanitar proqramların daha səmərəli həyata keçirilməsi

2004-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

3.4.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maddi-texniki bazasının gücləndirilməsi və strukturunun təkmilləşdirilməsi

məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması

müntəzəm

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

3.5.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilən Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərkibinə daxil edilməsi

Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitin yaradılması

2005-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

3.6.

«Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər» mövzusunda 2004-cü il 17 fevral tarixdə keçirilmiş beynəlxalq konfransda irəli sürülmüş təklif və tapşırıqların icrası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələlərin həllinin sürətləndirilməsi

müntəzəm

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları

3.7.

Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dillərdə təbliğat materiallarının hazırlanması və yayılması

Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən tədbirlər barədə beynəlxalq ictimaiyyətə məlumatın çatdırılması

müntəzəm

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, digər mərkəzi idarələr

 

 SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[i] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə  1.8-ci, 2.19-cu və 3.7-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir.

 

[ii]   2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın 2.19-cu bəndinin "İcraçılar" sütununda "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[iii] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın 3.2-ci bəndinin "İcraçılar" sütununda "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilmişdir.