"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
Avropa Şurası
Print

Azərbaycan və Avropa Şurası

 

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır, belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

 

22 aprel 1997-ci ildə keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.

 

17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Avropa Şurası (AŞ) arasında keçirilən görüşlər:

 

 AŞPA-nın sədri lord Rassel Constonun çadır düşərgələrinə səfər etmişdir;

 

2003-cü ilin aprel ayında Avropa Şurasının sədri Terri Devisin çadır düşərgələrinə səfər etmişdir;

 

2004-cü il avqustun 5-də AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi  Andreas Qrosun Bakı şəhərində yerləşən tikintisi yarımçıq qalmış binanın zirzəmisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür;

 

2015-ci il aprelin 28-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə və Yasamal rayonu ərazisində yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür:

 

2019-cu ilin iyulun  9-da ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirmişdir: 

 

2019-cu ilin  iyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.