"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət proqramı
Print

«Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramının təsdiq  edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Qaçqınların və məcburi köçkünlərin mövcud olan vəziyyətini nəzərə alaraq onların təhsil, səhiyyə, işə cəlbolma, mənzil-məişət, müavinət və  digər problemlərinin həllini yaxşılaşdırmaq, sosial müdafiəsini ardıcıl olaraq təmin etmək və bu sahənin idarə olunmasını təkmilləşdirmək  məqsədi ilə qərara alıram:

 

1. «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı təsdiq olunsun (əlavə edilir).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

 

bu Sərəncamın 1-ci bəndində göstərilən Dövlət Proqramının icra edilməsini təmin etmək üçün digər müvafiq icra hakimiyyəti orqanları  ilə zəruri olan tədbirləri görsün;  bu Sərəncamın 1-ci bəndində göstərilən Dövlət Proqramının icra edilməsi ilə əlaqədar hər aydan bir Azərbaycan Respublikası  Prezidentinə məlumat versin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 17 sentyabr 1998-ci il

№ 895

 

 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə


Dövlət proqramı [1]

 

 

Tədbirlərin adı

İcra müddəti

İcra orqanları

1

2

3

I. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının tənzimlənməsi

 

 

1. «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikası Qanununun (29 sentyabr 1992-ci il), qaçqınların statusuna aid 1951-ci il Konvensiyasının, 1967-ci il Protokolunun və digər beynəlxalq hüquqi normativ aktların tələblərinə uyğun şəkildə yenidən işlənib hazırlanması və Milli Məclisə təqdim edilməsi.

1998-ci il

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar fərman, sərəncam və digər normativ aktların hazırlanması və qəbul edilməsi.

müntəzəm

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi

3. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların iqtisadi və sosial problemlərinin daha səmərəli həll edilməsi ilə əlaqədar təkliflərin hazırlanıb müzakirəyə verilməsi.

1998-ci il noyabr—dekabr

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

4. Ölkədə, beynəlxalq aləmdə baş vərən dəyişikliklərlə bağlı «qaçqın» və «məcburi köçkün» statusu almış şəxslərin hüquqi vəziyyəti, həmin statusun şamil edilməsi müddətinin konkret müəyyənləşdirilməsi, statuslara xitam verilməsi, qaçqınların və məcburi köçkünlərin hüquqlarını, azadlıqlarını və vəzifələrini tənzimləyən hüquqi normativ aktların təkmilləşdirilməsi.

müntəzəm

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Ədliyyə Nazirliyi

5. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq ictimaiyyətə çatdırılması və onlara dəymiş maddi zərərin Ermənistan Respublikası tərəfindən ödənilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

II. Miqrasiya, məskunlaşma, reabilitasiya, bərpa və repatriasiya problemləri

 

 

1. Qaçqınların və məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid informasiya bazasının yaradılması.

1998-ci il

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

2. Qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərinin təhlil edilməsi, kortəbii miqrasiyanın əlavə problemlər yaratmasına yol verməmək məqsədi ilə ölkədəki miqrasiya proseslərinin tənzimlənməsi.

müntəzəm

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

3. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması, işğaldan azad edilmiş ərazilərdə dövlət əmlakının məcburi köçkünlər üçün pulsuz özəlləşdirilməsinin təmin edilməsi.

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Dövlət Əmlak Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, şəhər və rayon icra hakimiyyətləri

4. Ermənistandan və Orta Asiyadan qovulmuş qaçqınların müvəqqəti məskunlaşmalarını başa çatdırmaq məqsədi ilə Xanlar, Goranboy, Şəmkir, Ağstafa, Xızı, Hacıqabul, Sabirabad, Saatlı, Siyəzən rayonlarında əvvəllər bu məqsədlə tikilməyə başlanılmış, lakin tikintisi yarımçıq qalmış və keyfiyyətsiz tikilmiş binaların tikilib istifadəyə verilməsi.

1998—1999-cu illər

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

5. Qaçqınların və məcburi köçkünlərin sığınacaq problemi ilə bağlı əlavə tədbirlərin görülməsi. Adamların çadırlardan, rels üzərindəki vaqonlardan, qazma evlərdən, yaşayış üçün yararlı olmayan digər obyektlərdən çıxarılıb tədricən daha münasib sığınacaqlarla təmin edilməsi məqsədi ilə planlı tədbirlərin görülməsi.

müntəzəm

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri

6. Füzuli rayonu ərazisində torpaqların minalardan təmizlənməsinin başa çatdırılması.

1998-ci il və sonrakı illər

Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Müdafiə Nazirliyi, Respublika Mülki Müdafiə Qərargahı

7. Füzuli rayonu ərazisində hər birində 100—120 ailə üçün 5 müvəqqəti yaşayış məntəqəsinin salınması məsələsinə baxılması, beynəlxalq humanitar təşkilatların bu işə cəlb olunması.

Rayonun işğaldan azad olunmuş qəsəbə və kəndlərində yeni iş yerlərinin yaradılması, tikiş, toxuculuq, çörəkbişirmə sexlərinin açılması, dəyirman qurulması, torpaq sahələrinin ayrılması və s.

1998—1999-cu illər

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərenerji» Səhmdar Cəmiyyəti, Füzuli Rayonu İcra Hakimiyyəti

8. Ağdam rayonu kəndlərinin infrastrukturunun yenidən qurulması, 17 kənddə kommunikasiya xətlərinin məktəblərin, tibb müəssisələrinin bərpası, yeni yaşayış massivinin salınması üçün Quzanlıda 5 hektar, Hergidə 10 hektar torpaq sahəsinin ayrılması.

500 ailə üçün sadə daş evlərin tikilməsi, əkin sahələrinin 10 min hektara çatdırılması.

Bununla əlaqədar yeni elektrik xətlərinin çəkilməsi və əlavə 5 artezian quyusunun qazılması, fərdi təsərrüfatları inkişaf etdirmək üçün məcburi köçkünlərə maliyyə və texniki yardım göstərilməsi, onlara güzəştli kreditlərin verilməsi, beynəlxalq təşkilatların bu işlərin həyata keçirilməsinə cəlb olunması.

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Ağdam Rayonu İcra Hakimiyyəti[2]

9. Bərdə rayonunun Ləmbəran kəndi ətrafında Kəlbəcər rayonuna məxsus ərazidə beynəlxalq təşkilatların köməyi ilə 150 ailə üçün sadə daş evin tikilməsi.

Müvəqqəti istifadə üçün Xanlar rayonu ərazisində Kəlbəcər rayonuna 100 hektar yararlı torpaq sahəsi ayrılması, fərdi təsərrüfatların yaradılması, bu ərazilərdə beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 200 sadə daş evin tikilməsi.

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq Komitəsi, Kəlbəcər, Bərdə və Xanlar rayonlarının icra hakimiyyətləri

10. Laçın rayonunun əhalisi üçün «Taxta körpü»də tikinti-abadlıq işlərinin genişləndirilməsi, tikintisi yarımçıq qalmış binaların inşasının başa çatdırılması, artezian quyularının təmir edilməsi, 100 tonluq su anbarının tikilməsi, obalara gedən yolların qaydaya salınması, əkin sahəsinin 3000 hektara çatdırılması, heyvandarlıqla məşğul olan ailələrə kömək göstərilməsi, tədris və səhiyyə müəssisələrinin avadanlıqla təchizatının yaxşılaşdırılması, onların yanacaqla təmin olunması, yığma evlərin təmir edilməsi.

1998-ci ildən başlayaraq

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azəravtoyol» Dövlət Şirkəti, Laçın Rayonu İcra Hakimiyyəti

11. Xocavənd rayonunun məcburi köçkünlərinə Hərami düzündə 150-200 ailə üçün sadə daş evlərdən ibarət qəsəbə salınması, yol çəkilməsi, torpaq sahələrinin ayrılması, fərdi təsərrüfatların yaradılmasına maliyyə yardımı göstərilməsi. Beynəlxalq təşkilatların bu proqramlara cəlb olunması.

1998—1999-cu illər

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azəravtoyol» Dövlət Şirkəti, «Azərenerji» Səhmdar Cəmiyyəti, müvafiq rayonların icra hakimiyyətləri

12. Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xocalı rayonları üçün müvafiq əkin sahələrinin ayrılması, həmin sahələrin əkilib-becərilməsi üçün neft, dizel yanacağı, gübrə, kənd təsərrüfatı texnikası və digər zəruri vasitələrlə təminatına kömək göstərilməsi.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, Dövlət Torpaq Komitəsi

13. Ermənistanla həmsərhəd bölgələrdən məcburi köçkün vəziyyətinə düşərək öz rayonlarının (Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Sədərək, Tərtər və s.) ərazilərində və başqa yerlərdə yaşamaqda olan ailələrin məskunlaşma, geriqayıtma, iş, təhsil, səhiyyə və digər sosial problemlərinin həlli üzrə xüsusi perspektiv tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi.

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, rayonların icra hakimiyyətləri

14. Qaçqınların və Məcburi Köçkünlərin şəhər və rayon mərkəzlərində və digər məskunlaşma ərazilərində işlə təmin edilmələri üçün əlavə tədbirlərin görülməsi, onların kiçik sahibkarlıq, gəlirgötürmə və kənd təsərrüfatı işlərinə cəlb olunması, peşə kurslarının təşkili.

Beynəlxalq humanitar təşkilatların bu işdə iştirakının təmin edilməsi.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

15. Bakı və Sumqayıt şəhərlərində sığınacaq tapmış məcburi köçkün ailələrinin qeydiyyat məsələsinə yenidən baxılması, daxili miqrasiyaya nəzarətin gücləndirilməsi.

1998-ci il

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

16. Məcburi köçkünlərin 1992—1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması. Bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi.

1998-ci il və sonrakı illər

Ədliyyə Nazirliyi, Respublika Ali Məhkəməsi, Respublika Prokurorluğu, şəhər və rayonların icra hakimiyyətləri

17. İşğaldan azad olunmuş və zərər çəkmiş ərazilərin 1998—2001-ci illər üzrə bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi proqramın Nazirlər Kabinetində təsdiqi və icrasının təmin olunması.

1998-ci il və sonrakı illər

Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, müvafiq rayonların icra hakimiyyətləri

18. Bərpa və yenidənqurma problemləri ilə əlaqədar Azərbaycan Hökuməti, Dünya Bankı, BMT, Avropa Birliyi və digər təşkilatların iştirakı və təklifləri əsasında aşağıdakı tədbirlərin görülməsi:

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda repatriasiya departamentinin yaradılması;

1998-ci il avqust

Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının təhlükəsizliyini təmin etmək üçün işğaldan azad olunmuş və olunacaq ərazilərin minalardan təmizlənməsi, digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə Respublika Hökumətinin strukturunda xüsusi qurumun yaradılması və onun peşəkar mütəxəssislərlə təmin edilməsi;

1998-ci il və sonrakı illər

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyinin strukturunda Bərpa Proqramının əhatə etdiyi ərazilərdə kənd təsərrüfatı layihələrinin təşkilini və onun icrasını təmin edən qurumun yaradılması;

1998-ci il

Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi

Bərpa Proqramı çərçivəsində Azərbaycan Hökumətinin payı kimi birbaşa maliyyələşdirilməsi nəzərdə tutulan mənzil tikintisi üzrə 8 mln. 500 min ABŞ dollarının, repatriasiya üzrə 1 mln. 200 min ABŞ dollarının ayrılması məsələsinə baxılması.

1998—2001-ci illər

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

19. Qaçqınların və Məcburi Köçkünlərin yaşadıqları ərazilərdə elektrik enerjisi təchizatının yaxşılaşdırılması, repatriasiya dövründə zəruri obyektlərin elektrik enerjisi ilə təchiz olunmasının təmin edilməsi.

müntəzəm

Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, şəhər və rayonların icra hakimiyyətləri

20. Qaçqınların və Məcburi Köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirlərinin həyata keçirilməsi. Beynəlxalq təşkilatların bu işə cəlb olunması.

müntəzəm

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri.

III. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi

 

 

1. Əmək yarmarkaları keçirilərkən əmək qabiliyyətli qaçqınların və məcburi köçkünlərin müvafiq işə cəlb edilməsinə üstünlük verilməsi, işə cəlbolunma prosesinin proqnozlaşdırılması.

Məcburi köçkünlərin sıx şəkildə məskunlaşdıqları çadır düşərgələrində, yığma evlərdən ibarət qəsəbələrdə, habelə şəhər və rayonlarda kiçik sexlərin, istehsalat sahələri üzrə filialların, gəlirgətirən digər iş sahələrinin təşkili, yeni peşələr öyrədilməsi məsələlərinin həlli, beynəlxalq humanitar təşkilatların bu sahədə aparılan işlərə cəlb olunması.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

2. Kənd rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə torpaq fondu hesabına müəyyən ölçüdə münbit əkin, qışlaq, yaylaq və örüş sahələrinin ayrılması, həmin sahələrin becərilməsi üçün kənd təsərrüfatı texnikası, yanacaq, toxum, bitki mühafizə vasitələri, gübrə, əkin suyu ilə kömək göstərilməsi sisteminin yaradılması, fermer təsərrüfatlarının inkişafına kömək göstərilməsi, gəlirgətirən sahələrin inkişafı üçün dövlət təminatı ilə güzəştli kreditlərin ayrılması. Dünya Bankının, beynəlxalq humanitar təşkilatların bu sahədəki layihələrindən istifadə edilməsi.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

3. İşğal olunmuş rayonların idarə və müəssisələrində maşın-mexanizmlərin özəlləşdirilməsində məcburi köçkünlərə üstünlük verilməsi.

1998-ci il

Dövlət Əmlak Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

4. 1994-1998-ci illərdə kənd təsərrüfatı sahəsində, idarə və müəssisələrdə çalışmış məcburi köçkünlərin ödənilməmiş əmək haqlarının verilməsi üçün tədbirlərin görülməsi.

Əmanət banklarına 1 yanvar 1992-ci ilədək qoyulmuş əmanətlərin indeksləşdirilməsi (alıcılıq qabiliyyətinin bərpası) başlanarkən qaçqınlara və məcburi köçkünlərə həmin vəsaitin ilk növbədə ödənilməsinin təmin olunması, istehsalat obyektləri, müəssisələr özəlləşdirilərkən və ya xarici sərmayədarlara verilərkən, eyni zamanda idarə və müəssisələrdə çalışanlar arasında ixtisar aparılarkən «qaçqın» və «məcburi köçkün» statusu almış şəxslərin işdə saxlanılmasına üstünlük verilməsi.

müntəzəm

Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı, Səhmdar Kommersiya Əmanət Bankı

5. Qaçqınlar və məcburi köçkünlər yerləşən ərazilərdə su təchizatı məsələləri:

Ağcabədi rayonu ərazisində Laçın rayonuna məxsus qışlaq torpaqlarının suvarma suyu ilə təmin edilməsi üçün Kür çayında üzən nasos stansiyasının təşkil olunması;

Ağdam rayonunun Quzanlı, Xındırıstan, Üçoğlan, Qərvənd, Əhmədağalı, Çəmənli, Mahrızlı, Əfətli və digər kəndlərində 80 su artezian quyusunun bərpası;

Ağcabədi, İmişli, Beyləqan, Füzuli rayonları ərazilərində suvarma kanalının, subartezian quyularının, su təchizatı üçün nasos stansiyalarının, boru kəmərləri və suvarma nasoslarının çəkilməsi, bərpası və tikilməsi.

1998—1999-cu illər

Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi

6. Dövlət ali və orta ixtisas məktəblərinin ödənişli şöbələrində oxuyan «qaçqın» və «məcburi köçkün» statusu almış şəxslərin 1998—1999-cu dərs ilindən başlayaraq həmin statuslara xitam verilənədək ödəniş haqqını verməkdən azad olunması, belə tələbələrə xüsusi təqaüdün təsis edilməsi məsələsinə baxılması, özəl ali məktəblərdə və digər təhsil ocaqlarında bu qəbildən olan şəxslər üçün konkret güzəştlərin müəyyənləşdirilməsi.

1998-ci il

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

7. Ümumtəhsil məktəblərinin məcburi köçkün ailələrindən olan şagirdlərinin bütün siniflərdə pulsuz dərsliklər və dərs ləvazimatları ilə təmin olunması.

müntəzəm

Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

8. Çadır düşərgələrində, yığma evlərdən ibarət qəsəbələrdə və köçkünlərin sıx məskunlaşdıqları digər yerlərdə olan məktəblilərin yay istirahətinin təşkili.

müntəzəm

Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gənclər və İdman Nazirliyi

9. Büdcədən maliyyələşən təşkilatlarda çalışmış, sonradan məcburi köçkün vəziyyətinə düşmüş, özlərindən asılı olmayan səbəblərdən işləməyən təhsil, səhiyyə, mədəniyyət və digər sahə işçilərinin işlə təmin olunmasının 1999-cuil yanvarın 1-dək başa çatdırılması.

1998-ci il

Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

10. Məcburi köçkünlərin minimum yaşayış ehtiyaclarının ödənilməsinə kömək məqsədi ilə işləməyənlərə, ali və orta ixtisas məktəblərində təhsil alanlara verilən müavinətlərin artırılması məsələsinə baxılması, hər bir məcburi köçkün ailəsinin sosial vəziyyətinin dəqiqləşdirilməsi, müavinətlər müəyyənləşdirilərkən və humanitar yardım göstərilərkən həmin amillərin nəzərə alınması.

1998-ci il

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

11. «Qaçqın» və «məcburi köçkün» statusu almış şəxslərin statuslarına xitam verilənədək notarial xidmətləri üçün dövlət rüsumunu ödəməkdən azad olunması məsələsinə baxılması

1998-ci il

Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

12. Qaçqınlara və məcburi köçkünlərə səhiyyə xidmətinin yaxşılaşdırılması, onların yaşadıqları yerlərdə yoluxucu xəstəliklərə, antisanitariya hallarına qarşı mübarizə aparılması, beynəlxalq humanitar təşkilatlar və digər təşkilatlar tərəfindən verilmiş dərman preparatlarının təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Səhiyyə Nazirliyi

13. Məcburi köçkünlərin sıx yaşadıqları yerlərdə səyyar rentgen laboratoriyalarının təşkil edilməsi, işğal olunmuş rayonların xəstəxanalarının, tibb məntəqələrinin, tibbi avadanlıq və ləvazimatlarla, dərmanla, zəruri inventarlarla təmin olunması üçün tədbirlərin görülməsi.

Səhiyyə müəssisələrində qaçqın və məcburi köçkünlərin pulsuz müayinəsi və müalicəsi, dərman preparatları ilə təmin olunması.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi

14. Məcburi köçkün ailələrinin yanacağa (ağ neft, dizel yanacağı, odun və s.) olan ehtiyaclarının vaxtında ödənilməsi üçün tədbirlərin görülməsi.

hər il

Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, «Azərmeşə» İstehsalat Birliyi

15. Əlil qaçqın və məcburi köçkünlərə protez, müalicə-profilaktika, tibbi reabilitasiya xidməti sahəsində diqqət və qayğının artırılması, xüsusi əlil arabalarına olan ehtiyacların ödənilməsinin təmin edilməsi. Ehtiyacı olanların internat evlərində, pansionatlarda yerləşdirilməsinə, sanatoriya və kurort müalicəsinə göndərilməsinə kömək göstərilməsi.

müntəzəm

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Səhiyyə Nazirliyi

16. Respublikada fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların işinin səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərinin operativ həll edilməsi üçün dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi (qeydiyyat, viza qeydiyyatı, ofis və anbar üçün binaların ayrılması, təsərrüfat-məişət məsələləri, nəqliyyat, rabitə vasitələrindən istifadə və s.).

müntəzəm

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, müvafiq dövlət orqanları

17. Donor ölkə və beynəlxalq humanitar təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin ehtiyacları üçün ayırdıqları vəsaitlər hesabına respublika ərazisində alınan malların «0» (sıfır) dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunması üçün «Əlavə dəyər vergisi haqqında» Azərbaycan Respublikası Qanununda əlavələr və dəyişikliklər edilməsi məsələsinə baxılması.

1998-ci il sentyabr

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, müvafiq dövlət orqanları

18. Qaçqınlara və məcburi köçkünlərə humanitar yardımların göstərilməsində ciddi intizamın yaradılması, ayrı-ayrı dövlətlərin, beynəlxalq humanitar təşkilatların, xeyriyyə cəmiyyətlərinin, dövlət orqanlarının, yerli qeyri-hökumət humanitar təşkilatların, hüquqi və fiziki şəxslərin, iş adamlarının göstərdikləri yardımların qəbulu, qeydiyyatı, saxlanılması və bölüşdürülməsinin vahid mərkəzdən əlaqələndirilməsi.

müntəzəm

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Dövlət Gömrük Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, şəhər və rayonların icra hakimiyyətləri

19. Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin Həlli üzrə Dövlət Komissiyasının qərarı ilə nazirlik, komitə, şirkət, konsern və digər mərkəzi idarələrin qaçqınların və məcburi köçkünlərin sıx şəkildə yaşadıqları şəhər və rayonlara təhkim edilməsinin təşkili, həmin təşkilatlarda əlaqələndirmə işlərinin ardıcıl və səmərəli aparılması üçün qərargahların yaradılması.

icra olunub, müntəzəm

Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin Həlli üzrə Dövlət Komissiyası, Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası

20. Qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən Yardım Fondunun Əsasnaməsinin yenidən işlənilməsi və bu fonda ayırmaların mənbələrinin müəyyən edilməsi.

1998-ci il avqust—sentyabr

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

IV. Qaçqınların və məcburi köçkünlərin problemlərinin təbliği və onlarla aparılan kütləvi-mədəni iş

 

 

1. Qaçqınlar və məcburi köçkünlər arasında müntəzəm olaraq kütləvi-mədəni işin aparılması, müstəqil Azərbaycan dövlətinin xarici və daxili siyasətinin, Ermənistan—Azərbaycan münaqişəsinin həlli yollarında aparılan ardıcıl və prinsipial işin geniş təbliği. Qaçqınlarla və məcburi köçkünlərlə görkəmli elm və sənət adamlarının, ziyalıların, şair və yazıçıların, incəsənət xadimlərinin, habelə rəhbər işçilərin vaxtaşırı görüşlərinin təşkil edilməsi.

müntəzəm

Nazirlər Kabineti, Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, digər mərkəzi idarələr

2. İşğal olunmuş rayonların tarixinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının ağır həyat şəraitinin təbliğinin planlı şəkildə müntəzəm aparılması, ictimaiyyətə və beynəlxalq aləmə çatdırılması üçün Dövlətqaçqınkomun nəzdində xüsusi strukturun təşkil edilməsi.

1998-ci il avqust—sentyabr

Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

3. Qaçqınlar və məcburi köçkünlər arasında sosioloji sorğunun aparılması, onların ən zəruri ehtiyac və tələblərinin öyrənilməsi, analitik informasiya materiallarının hazırlanması və beynəlxalq aləmə çatdırılması

müntəzəm

Nazirlər Kabineti, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi

V. Qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan dövlət orqanlarının işinin təkmilləşdirilməsi

 

 

1. Qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə aparılan işlərdə paralelliyin aradan qaldırılması, onlara göstərilən xidmətlərin və humanitar yardımların və s. məsələlərin sistemli şəkildə tənzimlənməsi məqsədi ilə Nazirlər Kabineti İşlər İdarəsinin strukturunda vahid şöbənin yaradılması və həmin şöbənin tərkibində analitik informasiya və proqnozlaşdırma bölməsinin təşkil edilməsi.

1998-ci il avqust

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi

2. «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikası Qanunundan, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna və səlahiyyətlərinə yenidən baxılması, onun Əsasnaməsinin müasir tələblərə uyğunlaşdırılıb təsdiq edilməsi.

1998-ci il sentyabr—oktyabr

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

3. Qaçqınlarla və məcburi köçkünlərlə iş aparılmasının şəhər və rayon icra hakimiyyəti başçıları müavinlərindən birinə həvalə edilməsi.

1998-ci il avqust—sentyabr

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, şəhər və rayonların icra hakimiyyətləri

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı"nın mətnində "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 iyun 2016-cı il tarixli 932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1028) ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın II hissəsinin 8-ci, 13-cü və 19-cu bəndlərinin “İcra orqanları” sütununda “Azərenerji” Səhmdar Cəmiyyəti” sözləri “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.