"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 311
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Görüşlər 25 Fevral, 2020

Fevralın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

 

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Vətəndaşların hər gün komitənin vəzifəli şəxsləri tərəfindən qəbulu təşkil edilir. Hər həftənin çərşənbə axşamı günü isə əvvəlcədən qəbula yazılmaqla Dövlət Komitəsi sədrinin qəbulu keçirilir.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Qəbulda 50-ə yaxın vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

 

Məcburi köçkünlərə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

 

Qəbulda olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

 

17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
18 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüş olub
04 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
22 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
21 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşüb
24 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Abşeronda məcburi köçkünləri qəbul edib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib
18 Dekabr, 2019 / Görüşlər “Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib