"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1508
“Əsgərə salam” futzal turniri başa çatdı
Tədbirlər 24 Fevral, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ilk dəfə olaraq məcburi köçkün gənclər arasında təşkil etdiyi futzal turniri başa çatıb.

 

“Azfar Group” şirkətinin Böyükşor bulvarı yaxınlığındakı örtülü stadionunda üç həftə ərzində keçirilən turnirdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdən 9 komanda iştirak edib.

 

Turnirin yarımfinal mərhələsində “Ərgünəş” (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi), “Həkəri” (Sumqayıt şəhəri, 12-ci mikrorayon), “Çinar” (Abşeron rayonu, Masazır qəsəbəsi), “Qarant” (Qarant yaşayış kompleksi) komandaları yarışıblar.  “Ərgünəş” “Həkəri”yə 3:2, “Çinar” isə “Qarant”a 4:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.

 

Final qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib, “Ərgünəş"  “Çinar”a 4:2 hesabı ilə qalib gələrək, turnirin qalibi olub.

 

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi sağlamlığına dövətimizin böyük qayğı göstərdiyini, bu qayğının məcburi köçkün gəncləri də əhatə etdiyini diqqətə çatdırıb.

 

Qeyd edilib ki, məcburi köçkün gənclər arasında idmanın kütləviliyinin artırılması, onların sağlam həyat tərzinə təşviq edilməsi üçün tədbirlər həyata keçirilir, mövcud yaşayış komplekslərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün yeni zallar açılır, idman qurğuları yaradılır.

 

Dövlət Komitəsinin sədri ilk dəfə keçirilən futzal turnirinin qaliblərini təbrik edib, bu turnirin ənənəvi olaraq hər il keçirilməsinin, respublikanın bölgələrini əhatə etməsinin, həmçinin məcburi köçkünlər arasında digər idman növləri üzrə turnirlərin də təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

 

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək, qalib komandanı təbrik edib və uğur arzu ediblər.  Bu cür turnirlərin keçirilməsi yüksək qiymətləndirilib.

 

Sonra qaliblərə və turnirdə fərqlənənlərə mükafatlar təqdim edilib.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib