"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1692
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
Görüşlər 22 Yanvar, 2020

Yanvarın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyevanı qəbul edib. 

 

Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi, qaçqınlıq və məcburi köçkünlük problemi ilə əlaqədar ölkəmizin üzləşdiyi çətinliklər, bunların aradan qaldırlması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, həmçinin beynəlxalq təşkilatların dəstəyi barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

 

Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır. Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmiryol vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir.

 

Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu  baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Olga Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, Qlobal Fond, vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədi üçün 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır,  yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib.

 

Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun fəaliyyətinə əhəmiyyətli töhfələr verir. Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib