"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2977
“Əsgərə salam” aksiyası davam edir
Tədbirlər 21 Yanvar, 2020

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də  start verdiyi “Əsgərə salam” aksiyası davam edir. 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

 

Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər.

 

Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti  verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir. Hamını “Əsgər salam” aksiyasına qoşulmağa çağırırıq! 

 

 

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi