"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1609
Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 17 Yanvar, 2020

Yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, əməkdaşlar, komitədə fəaliyyət göstərən gənc könüllülər iştirak ediblər.

 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı apardığı ədalətsiz və qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə amansız divan tutulduğunu  xatırladıb.  Qeyd edilib ki, milli azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. Vurğulanıb ki, 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir.

 

Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham edib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləyib.

 

Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

 

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir. Şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verilməsi, mənzillərlə təminatı göstərilən diqqətin bariz nümunəsidir. Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulması da dövlətimizin başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsidir.

 

Prezidentin İlham Əliyev Azərbaycan ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini əziz tutaraq, faciənin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

 

Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının problemlərinə də böyük qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür.

 

Tədbirdə 20 yanvar hadisələri qurbanlarına həsr olunmuş “Şəhidlər” kitabının müəllifi tanınmış yazıçı-publisist Rafiq Səməndər çıxış edərək, həmin dövrdə baş şahidi olduğu hadisələr, kitabı yazarkən keçirdiyi görüşlər barədə ətraflı söhbət açıb.

 

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib