"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 490
Dövlət Komitəsinin sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşüb
Görüşlər 16 Yanvar, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb.

 

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir və zəruri tədbirlər görür. Son iki ildə məcburi köçkünlər üçün 13 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan vətəndaşlara verilən vahid aylıq müavinətin məbləği ötən il  50 faiz artırılıb. Bakıda, Sumqayıtda və regionlarda yeni yaşayış komplekslərinin inşası davam etdirilir.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə həssaslıqla yanaşır, onlarla görüşlər keçirir, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir.

 

Dövlətimizin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü, ardıcıl tədbirlərə ölkəmizin özəl sektorunun da dəstək verdiyi qeyd olunub. Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. 1300 ailəlik “Qobu Park-3” qəsəbəsəinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

 

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraitinin və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Görüşdə qaldırılan bütün məsələlərə baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

 

Görüşdə iştirak edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər.

17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
18 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüş olub
04 Fevral, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
22 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
21 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Abşeronda məcburi köçkünləri qəbul edib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib
18 Dekabr, 2019 / Görüşlər “Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib