"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1387
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 10 Yanvar, 2020

Özünü internet və sosial media nümayəndəsi kimi təqdim edən bir neçə şəxs yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağında videoçəkilişlər apararaq, burada olan vətəndaşları danışdırıb, onların müraciətlərini qeydə alıblar. Bu zaman Dövlət Komitəsinin Mətbuat xidmətinin səlahiyyətli nümayəndəsi vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar müvafiq açıqlama verib. Lakin sonradan videoçəkilişlər həmin açıqlamalar olmadan sosial şəbəkələrdə və internet resurslarında  yayımlanıb.

 

Bununla əlaqədar olaraq bildirirk ki, sözügedən tarixdə şikayətçi kimi danışan vətəndaşlardan biri - Ağdam rayonundan məcburi köçkün Şərqiyyə Rəhimova oğlu  Anar Rəhimovun Şirvan şəhərində yeni mənzillə təmin olunmaması barədə narazılıq edib. Dövlət Komitəsində aparılmış araşdırma nəticəsində məlum olub ki, Şirvan şəhərində Şərqiyyə Rəhimova məxsus, onun şəxsi mülkiyyətində olan yaşayış sahəsi mövcuddur, oğlu da həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhz bu normativ qayda əsas götürülərək, Anar Rəhimova Şirvan şəhərində yeni inşa olunmuş məhəllədə mənzil verilməyib.

 

Bundan başqa, məcburi köçkünlərin  videoçəkilişlər zamanı qaldırdıqları digər məsələlərlə bağlı da onlara geniş izahat verilib.

 

Ölkəmizdəki mətbuat və söz azadlığından sui-istifadə edən internet-media təmsilçilərinin vətəndaşların müraciətlərinə subyektiv yanaşmasından, qərəzsiz və obyektiv araşdırma aparmamasından, Dövlət Komitəsinin açıqlamalarına hazırladıqları videomaterialda yer verməməsində təəssüfləndiyimizi bildirir, onlara media fəaliyyətinin etik normalarına əməl etməyi tövsiyə edirik.

 

 

 

29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”