"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1511
Dövlət Komitəsinin sədri və Almaniyanın ölkəmizdəki səfiri Mingəçevirdə gənclərlə görüşüblər
Tədbirlər 11 Dekabr, 2019

Dekabrın 11-də Mingəçevir şəhərindəki Gənclər Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  “Qafqazda aztəminatlı yerli əhalinin və məcburi köçkünlərin sosial və iqtisadi inkişafı” layihəsi çərçivəsində məşğulluğun təşviqi və gənclərin sosial inkişafı məsələlərinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və  səhaliyyətli səfiri Volfqanq Maniq, GİZ-in Azərbaycan üzrə direktoru xanım Sonya Fonteyn, layihənin rəhbəri xanım Friderike Roşovanski iştirak ediblər.

 

Qonaqlar layihə iştirakçılarının forum-teatrı, məişət zorakılığı əleyhinə rəsm əsərlərinin sərgisi ilə, həmçinin məşğulluq təlimlərinə qoşularaq özünə uğurlu biznes quranlar və bu işə yeni başlayanlarla tanış olublar. Layihə çərçivəsində gənclər auditoriya qarşısında sərbəst danışmaq və özünüifadəetmə, ictimai ünsiyyət, iş tapmaq bacarıqlarına yiyələniblər.

 

Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək bu cür proqramların həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycanda gənclərin hərtərəfli inkişafına xarici dövlətlərin və beynəlxalq təşkilatların dəstək verməsi də təqdirəlayiqdir. Dövlət Komitəsinin sədri Almaniya dövlətinin dəstəklədiyi proqramın yaratdığı imkanlardan gənclərimizin fəal şəkildə yararlanmasının, onların sayının çox olmasının və bir-biri ilə daim əlaqə saxlamasının, təcrübə mübadiləsi aparmasının vacibliyini diqqətə çatdırıb. Gənclərə bildirilib ki, onlar Dövlət Komitəsinin gənclər üçün yaratdığı imkanlardan da yararlana bilər.

 

Azərbaycanın ərazi bütövlüyünün  yaxın vaxtlarda bərpa olunacağına və məcburi köçkünlərin beynəlxalq hüquqla təsbit olunan prinsiplər əsasında öz doğma yurdlarına qayıdacaqlarına inam ifadə olunub.

 

Səfir Volfqanq Maniq isə 1992-ci ildə Azərbaycana səfər etdiyini və o zaman ölkədə mövcud olan vəziyyətin çox ağır olduğunu xatırladıb. GİZ-in 1993-cü ildən Azərbaycanda fəaliyyətə başladığı, ilk vaxtlarda məcburi köçkünlərə iş tapmaqda kömək etdiyi, onlara təhsillə bağlı tövsiyə və təkliflər verdiyi qeyd edilib. Səfir hazırda həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq deyib: “İkinci Dünya Müharibəsi zamanı Almaniyada qaçqın və məcburi köçkünlər var idi. 1950-ci illərdə alman iqtisadi möcüzəsinin səbəbkarı da məhz onlar olublar.  Qaçqınlar və məcburi köçkünlər iş bacarıqlarına yiyələnərək müxtəlif sahələrdə çalışıblar”.  Səfir vurğulayıb ki, layihədə iştirak edənlərin öz bizneslərini qurması, assosiasiyalarını yaratması iqtisadiyyata töhfə verə bilər.

 

Daha sonra xanım Sonya Fonteyn çıxış edib,  layihənin həyata keçirilməsi və mərhələləri haqqında məlumat verib.

 

Layihədə iştirak etmiş 23 gəncdən 11-i iş tapıb, bir qrupu isə təhsilini davam etdirir.

 

Daha sonra layihə çərçivəsində ümumi fəaliyyət və gələcək planlar haqqında müzakirə keçirilib.

 

Layihə  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlıq çərçivəsində həyata keçirilir, Ağdam, Bərdə rayonları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan yerli aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafını nəzərdə tutur. Bu məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkünlərin iqtisadi və sosial inkişafını dəstəkləyən dövlət qurumlarının, həmçinin yerli idarəetmə strukturlarının bilik və bacarıqlarının artırılması, aztəminatlı əhalinin, xüsusilə gənclərin, məşğulluq və sahibkarlıq imkanlarının artırılması, hazırda sahibkarlıqla məşğul olanların fəaliyyətinin genişləndirilməsi istiqamətində iş aparılır.

 

 

2017-ci ildən icrasına başlanan, 2021-ci ilin oktyabr ayınadək davam edəcək layihənin ümumi regional büdcəsi 6 (altı) milyon avrodur.

 

16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib