"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1571
Dövlət Komitəsi Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib
Tədbirlər 29 Oktyabr, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Zəngilan rayonundan olan ziyalılar iştirak ediblər.

 

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Zəngilan rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri bir daha yada salıb. Komitə sədri Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasət aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr  29 oktyabr 1993-cü ildə rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Rövşən Rzayev  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib.

 

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladığı vurğulanıb. Eyni zamanda ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial yönümlü layihələr, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən irimiqyaslı işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Zəngilan rayonundan olan ziyalılar çıxış ediblər. Onların çıxışı zamanı xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Zəngilanın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub.

 

Sonda Zəngilan rayonunun işğalına həsr olunmuş film nümayiş etdirilib.

 

 

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi