"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Məcburi köçkün icmasının nümayəndələri hərbçilərlə görüşüblər
Mətbuat xidmətinin məlumatı 08 Oktyabr, 2019

 Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər.
İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb. O, icma
şurasının məram və məqsədləri barədə məlumat verib, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliğinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. İcma şurasının, əsasən, şəhid
ailələrinin üzvlərindən, müharibə əlillərindən və veteranlarından təşkil olunduğunu vurğulayan Q.Hüseynov onların ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizə mənəvi dəstək verməyə gəldiklərini qeyd edib.
Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları bu gün Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə və zəruri maddi-texniki bazaya malik olmasından qürur hissi keçirdiklərini, onların işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əmin
olduqlarını söyləyiblər.
İcma şurasının üzvləri hərbi xidmətdə xüsusilə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

15 Oktyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Oktyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri jurnalistlərin suallarını cavablandırıb
21 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə iştirak edib
11 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
05 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
08 May, 2019 / Mətbuat xidmətinin məlumatı Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
06 May, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
01 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
27 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
06 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda növbəti püşkatma keçirilib
26 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı
22 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır