"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 742
Dövlət Komitəsinin sədri İsrail nümayəndə heyəti ilə görüşüb
Görüşlər 02 Oktyabr, 2019

Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsrailin bir sıra şəhərlərinin ölkəmizdə səfərdə olan  rəsmi təmsilçiləri  və bu ölkədəki Azərbaycan diasporu nümayəndələri ilə görüşüb.

 

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri haqqında məlumat verilib. Bildirilib ki, münaqişə minlərlə insanın doğma yurd-yuvasını tərk etməsinə və ağır məhrumiyyətlərə məruz qalmasına səbəb olub. Qeyd edilib ki, işğalın ilk illərində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda humanitar fəlakətin baş verməsinin qarşısı alınıb.

 

Qonaqların diqqətinə çatdırılıb ki, münaqişənin təsiri bu gün də hiss olunur. Doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin bir qismi hələ də zirzəmi, yarımtikili və bir sıra inzibati binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramına uyğun olaraq yeni qəsəbələrin salınması davam etdirilir.  İndiyədək 300 mindən çox məcburi köçkün yeni evə və mənzillərə köçürülüb. Bundan başqa, məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün də mühüm tədbirlər görülür.

 

Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor da qoşulub. Yerli sahibkarlıq subyektlərinin iştirakı ilə inşa edilmiş 2 yaşayış kompleksi məcburi köçkünlərin istifadəsinə verilib, yenilərinin inşası davam etdirilir.

 

Ölkəmizlə sıx dostluq əlaqələri olan İsrail dövlətinin azərbaycanlı məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığı qeyd olunub. Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərmiş səfirlərin məcburi köçkünlərin yaşayış şəraiti və problemləri ilə yaxından maraqlandığı məmnunluqla xatırlanıb.

 

Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanın tolerant və multikulturalizm baxımından dünyada model ölkə olduğunu qeyd edən qonaqlar ölkəmizdə özlərini vətənlərindəki kimi hiss etdiklərini deyib. Qeyd edilib ki, yəhudi icması Azərbaycanda iki min ildir təhlükəsiz şəraitdə yaşayır. Bu iki ölkə arasındakı münasibətlərdə mühüm rola malik faktorlardan biridir.

 

Eyni zamanda, Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı problemlərin həlli sahəsindəki təcrübəsinin əhəmiyyətli olduğu qeyd edilib.  

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.    

 

14 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
07 İyul, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
06 İyul, 2020 / Görüşlər Rövşən Rzayev : “İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir”
30 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
25 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
16 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
09 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri videoqəbul keçirib
02 İyun, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
27 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi və KOICA “COVID-19” virusunun təsirini azaltmaq məqsədilə məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib