"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 325
Dövlət Komitəsində Xocavəndin işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib
Tədbirlər 02 Oktyabr, 2019

Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Xocavənd rayonundan olan ziyalılar iştirak ediblər.

 

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocavəndin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkənin dərin böhran keçirdiyini qeyd edib. Xatırladılıb ki, Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin qəhrəman sakinləri özünümüdafiə qüvvələri yaradaraq uzun müddət düşmənə müqavimət göstərsələr də, 1992-ci il oktyabrın 2-də erməni silahlıları rayonu işğal ediblər. Onların 1992-ci ilin fevral ayında rayonun Qaradağlı kəndində törətdikləri kütləvi qırğın isə Qarabağda xalqımıza qarşı ilk soyqırımı kimi yaddaşlara əbədi həkk olunub və dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.

 

Xocavənddən didərgin düşmüş əhalinin diqqət və qayğı ilə əhatə olunmasının ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkünləşdiyini vurğulayan komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və qüdrətlənən müstəqil dövlətimizin həm məcburi köçkünlərin problemlərinin həlli, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ardıcıl və təsirli tədbirlər həyata keçirdiyini bildirib. Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları siyahısındadır. Ərazi bütövlüyümüzün bərpası üçün bütün imkanlara malik olan Azərbaycan Ordusu, öz gücünü 2016-ci ilin aprel ayında aydın şəkildə göstərdi. Bununla da, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Bununla belə, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır və sülh razılaşmasının əldə edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün səylərini əsirgəmir. O da qeyd edilib ki, digər məcburi köçkünlər kimi, xocavəndlilərin də normal həyat şəraiti ilə təmin olunması məsələsini Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır və bu məqsədlə zəruri tədbirlər görür.

 

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, rayon ziyalılarının nümayəndələri çıxış edib, torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasətin tezliklə nəticə verəcəyinə, xalqımızın qələbə gününü də qeyd edəcəyinə böyük ümid və inam bəslədiklərini deyiblər. Xocavəndin 40 mindən çox əhalisi hazırda respublikanın müxtəlif rayonlarında  müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Anım tədbirində çıxış edən xocavəndli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərinə minnətdarlıq bildiriblər.

 

Sonda Xocavənd rayonunun işğalından bəhs edən film nümayişi olunub.

 

28 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
21 Yanvar, 2020 / Tədbirlər Bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
21 Yanvar, 2020 / Tədbirlər “Əsgərə salam” aksiyası davam edir
17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
16 Yanvar, 2020 / Tədbirlər Taxtakörpü ərazisindəki üç yeni qəsəbənin ikisində laçınlı məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb
30 Dekabr, 2019 / Tədbirlər Göygöl rayonunda məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub
29 Dekabr, 2019 / Tədbirlər Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
28 Dekabr, 2019 / Tədbirlər Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib
27 Dekabr, 2019 / Tədbirlər Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
27 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib
25 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib
24 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərə 253 vakant iş yeri təklif olunub
19 Dekabr, 2019 / Tədbirlər Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun
14 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
11 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsinin sədri və Almaniyanın ölkəmizdəki səfiri Mingəçevirdə gənclərlə görüşüblər
10 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
09 Dekabr, 2019 / Tədbirlər “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib
29 Noyabr, 2019 / Tədbirlər 833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
19 Noyabr, 2019 / Tədbirlər Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib