"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1920
“Qobu Park”da məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirilib
Tədbirlər 21 Sentyabr, 2019

Sentyabrın 20-21-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki Səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və “SEBA” Koreya Şərq Təbabəti Klinikası Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərə dəstək tədbirləri həyata keçiriblər.


Dəstək tədbirlərinə məcburi köçkünlərin tibbi müayinəsi, kompleksdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə texniki avadanlıqların və dərs ləvazimatlarının hədiyyə edilməsi, şagirdlər arasında keçirilən inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, həmçinin məcburi köçkün ailələri ilə görüş daxil idi.


Yaşayış kompleksinin ərazisində Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərinin yerləşdikləri binanın akt zalında keçirilən yığıncaqda Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri haqqında danışıb, koreya xalqının da qaçqınlıq və köçkünlük problemləri yaşadığını, məcburi köçkün ailələrdən olan şəxslərin sonradan ölkənin dövlət idarəçiliyində və biznes sektorunda yüksək mövqe qazandıqlarını vurğulayıb. Koreyalı diplomat Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunə olduğunu qeyd edib, ölkəsinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə bundan sonra da dəstək verəcəyini bildirib.


“SEBA” Koreya Şərq Təbabəti Klinikasının baş həkimi İsmət xanım Qasımzadə məlumat verib ki, artıq beş ildir ki, məcburi köçkün qəsəbələrində pulsuz tibbi xidmət aksiyaları həyata keçirdiklərini, doğma yurdundan didərgin düşmüş insanların sağlamlığının bərpasına yardım göstərməyi mənəvi borc hesab etdiklərini bildirib. Qeyd edib ki, koreyalı və azərbaycanlı həkimlərdən ibarət tibbi heyət iki gün ərzidnə “Qobu Park” sakinərinə xidmət edib. Ümumilikdə, 600-dən çox məcburi köçkün müayinə olunub.


Yığıncaqda səfirliyin təşəbbüsü ilə Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərin II-XI sinifləri arasında keçirilmiş “Vətənim Azərbaycandır” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərə hədiyyələr, hər iki məktəbə isə müxtəlif texniki avadanlıqlar və dərs ləvazimatı təqdim olunub.


Rəsmi hissə başa çatdıqdan sonra isə tədbir iştirakçıları “Bakı K-pop Festivalı-2019” festivalının qalibi olmuş “7 sins” və “The legend” qruplarının ifasında Koreya, məcburi köçkün məktəblilərin ifasında isə Azərbaycan xalq rəqslərinə tamaşa ediblər.
Sonra səfir Kim Tonq Op məcburi köçkünlərin tibbi müayinəsinin gedişi ilə tanış olub və 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı, baş leytenant, qazi Əhliyyət Mehdiyevin ailəsinə baş çəkib, gənc ailəyə hədiyyələr təqdim edib.


Koreya Respublikasının Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirlərini 2014-cü ildən təşkil edir. Bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.


“Qobu Park” yaşayış kompleksində keçirilən tədbirdə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri iştirak ediblər.

 

 

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi