"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1904
Dövlət Komitəsinin sədr müavini ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə iştirak edib
Mətbuat xidmətinin məlumatı 21 Sentyabr, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 16-21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə (HDİM) iştirak edib.

 

Görüş zamanı təşkil edilmiş işçi sessiyalarda demokratik təsisatlar və seçkilər, media azadlığı, müxbirlərin təhlükəsizliyi, tolerantlıq, qanunun aliliyi kimi mövzular müzakirə edilib. HDİM-in doqquzuncu işçi sessiyası humanitar məsələlər, qaçqın və məcburi köçkünlər, köçürülmə riskində olan şəxslərə həsr edilib.

 

Sessiyada iştirak edən F.Hüseynov çıxışının əvvəlində deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünləri öz doğma torpaqlarına nə vaxt qayıdacaqları, bununla əlaqədar fundamental hüquqlarının bərpası üçün beynəlxalq ictimaiyyətin niyə laqeyd olduğu maraqlandırır.

 

Sədr müavini  Ermənistanın bu gün də davam edən hərbi işğalı nəticəsində Dağlıq Qarabağdan və onun ətrafındakı 7 rayondan 1 milyondan çox insanın məcburi köçkün düşdüyünü bildirib.  Qeyd edib ki, Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün regionu təhlükə və risk altında saxlamaqdadır. 

 

Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin nizamlanması ilə bağlı gözləntiləri artırmışdı. Lakin Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanındır, vəssalam” deyə səsləndirdiyi son təxribatçı və destruktiv bəyanatı, “xalqların öz müqəddəratını təyin etmə hüququ” adı arxasında məharətlə gizlətdiyi iyrənc işğalçılıq siyasətini bir daha nümayiş etdirir. Bəyanat beynəlxalq ictimaiyyətə, xüsusi ilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışan ATƏT-in Minsk qrupuna qarşı tam hörmətsizlikdir. Bu regionda sülh prosesinə zərbə vurur və gərginliyin yüksəlməsinə təhrik edir. Azərbaycan beynəlxalq ictimaiyyəti bəyanatı pisləməyə çağırır.

 

Azərbaycanda “BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsipləri”nin tələblərinin yerinə yetirildiyi,  məcburi köçkünlərlə bağlı mövcud təcrübənin dünyada nümunə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvəqqəti yaşayış sahələri tikilib istifadəyə verilir. Onların sosial problemlərinin həlli, bir çox dövlət xidmətlərindən xüsusi güzəştlə yararlanması üçün mühüm addımlar atılır.  Ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə  yeni yaşayış sahələrinə ilk növbədə köçürülürlər.

 

Bildirilib ki, həyata keçirilən işlərə baxmayaraq, Azərbaycanda mövcud olan məcburi köçkün probleminin tamamilə həlli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına qayıtması nəticəsində mümkün olacaq.

 

Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan tezliklə, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək və mülki əhalini əzəli torpaqlarına qayıtmasına nail olmaq əzmindədir. Bununla da, beynəlxalq hüququn aliliyi təmin olunacaq.

 

 

27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi