"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Görüşlər 21 Avqust, 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 21-də Gədəbəy rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda Gədəbəydə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

 

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Həmçinin qeyd edək ki, avqustun 21-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ağstafa və Qazax rayonlarınnda müvəqqəti məskunlaşmış məcburi köçkünləri, sədr müavini Sabir Əhmədov isə Tovuz rayonunda  müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul ediblər.

 

 

19 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
18 Oktyabr, 2019 / Görüşlər Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
09 Oktyabr, 2019 / Görüşlər İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
09 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
02 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri İsrail nümayəndə heyəti ilə görüşüb
01 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
19 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb
17 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri ilə görüş olub
10 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 Sentyabr, 2019 / Görüşlər Dövlət Komitəsində bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
27 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
06 Avqust, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
26 İyul, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər