"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2310
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Tədbirlər 19 Avqust, 2019

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

 

Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə mühüm məsələlərin müzakirə olunduğu, qarşıya təxirəsalınmaz vəzifələrin qoyulduğu diqqətə çatdırılıb. Xatırladılıb ki, bu ilin əvvəlində təsdiqlənən çox böyük sosial paket – mimimum əməkhaqqı, pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli dərəcədə artırılması 4 milyondan çox insanı, o cümlədən məcburi köçkünləri əhatə edib. Qeyd edilib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə olan, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir. 

 

Kollegiyada Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub, məcburi köçkünlərə yeni salınan qəsəbələrdə dövlət mənzil fondundan müvəqqəti yaşayış sahələrinin ayrılması və vahid aylıq müavinətlərin təyin edilməsi üzrə müvafiq  komissiyaların rəhbərlərinin hesabatları dinlənilib.

 

Bu il iyulun 5-də Bakının Pirallahı rayonunda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104- müasir yaşayış qəsəbəsinin istifadəyə verildiyi vurğulanıb, respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib.

 

Dövlət Komitəsində elektron informasiya sisteminin təkmilləşdirilməsi gedişi kollegiyada geniş müzakirə olunub. 

 

Məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatının tamamilə dayandırıldığı, yerli sektor və nümayəndəliklərə komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verildiyi qeyd edilib. Bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır. Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb.    

 

Kollegiyada dövlətimizin başçısının tapşırıqları əsasında, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və respublikanın digər ərazilərində torpaq sahələrinin ayrılması işlərinin gedişi, məcburi köçkünlərin məşğulluğunun artırılması, qarşıdakı payız-qış mövsümünə hazırlıq məsələləri, məskunlaşdırılması başa çatdırılmış qəsəbələrdə mənzillərin istismar vəziyyəti və bu sahədə qarşıya çıxan problemlər müzakirə olunub, gündəlikdəki digər məsələlərə baxılıb. Hər bir məsələ ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib