"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 336
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Görüşlər 23 İyul, 2019

İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.


Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.


Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.


Qeyd edilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.


Xatırladaq ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

 

 

24 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
22 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
21 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Yanvar, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşüb
24 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Abşeronda məcburi köçkünləri qəbul edib
20 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib
18 Dekabr, 2019 / Görüşlər “Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlə görüş olub
17 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
03 Dekabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Noyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Noyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
19 Noyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Noyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
29 Oktyabr, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib