"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1814
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib
Tədbirlər 13 İyul, 2019

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iyulun 12-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

 

Əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bu günkü müstəqilliyimiz üçün mühüm  iqtisadi və mənəvi potensial yaradıldığını bildirib. Qeyd edilib ki, məhz Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatizmi baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb. Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.

 

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası da Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət müasir dövrdə daha da zənginləşdirilərək möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqınların və məcburi  köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması  üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlar üçün indiyədək bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 104 qəsəbə tikilib istifadəyə verilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə  bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığın icrasını şəxsən nəzarətdə saxlayır və bu sahədə işlər ardıcıllıqla davam etdirilir. Sonra respublikamızın tanınmış incəsənət ustaları ağdamlılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə, əsasən, xalq mahnıları, muğam parçaları ifa olunub.

 

Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, məcburi köçkünlər və Ağdam rayonunun sakinləri iştirak ediblər.

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib