"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 473
AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
Mətbuat xidmətinin məlumatı 25 İyun, 2019

Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.

 

Dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.

 

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən söz açan F.Hüseynov qeyd edib ki, doğma yurdundan didərgin düşmüş insanların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələri salınır. Buna baxmayaraq, onlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.

 

Qaçqın və məcburi köçkünlərin hüquqlarından danışan F.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladaraq, məcburi köçkünlərin hər görüşdə doğma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı suallar verdiyini qeyd edib. Ümid etdiyini bildirib ki, onların suallarına tezliklə cavab vermək mümkün olacaq.

 

Tədbirdə iştirak edən erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb.

 

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.

 

Dinləmələrdə məcburi köçkün, itkin düşmüş insanların taleyi ilə bağlı narahatlıq ifadə edilib, onların ailə üzvlərinin gözləntilərinə cavab verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

 

 

02 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir
02 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 27 il ötür
01 Aprel, 2020 / Mətbuat xidmətinin məlumatı “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
31 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
29 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur
19 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
16 Mart, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
26 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri: "İlk növbədə, sosial vəziyyəti ağır olan köçkünlər mənzillərlə təmin olunacaq"
18 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Eldar Zeynalov: “Köçkünlərin qəzalı binalardan köçürülməsi üçün Yol Xəritəsi hazırlanıb”
04 Fevral, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
10 Yanvar, 2020 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
13 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
12 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 Dekabr, 2019 / Mətbuat xidmətinin məlumatı “Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
29 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qəsəbələrində mənzil-kommunal təsərrüfatının normal vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilir
27 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün probleminin yeganə həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır
15 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin uçot və qeydiyyatında şəffaflıq təmin edilir
12 Noyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı