"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi ilə görüş keçirilib
Görüşlər 14 İyun, 2019

İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri əvvəlcə Alessandro Frakasettini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

 

Qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.

 

Alessandro Frakasetti səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMTİP-in  Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə böyük əhəmiyyət verildiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səyini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

 

11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib
10 İyul, 2019 / Görüşlər Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil
02 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb
18 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
12 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
11 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
29 May, 2019 / Görüşlər Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
23 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May, 2019 / Görüşlər Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb
21 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 May, 2019 / Görüşlər Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub
14 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
13 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
07 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri ilə görüşüb