"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 460
Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
Görüşlər 03 İyun, 2019

İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb. 

 
Dövlət Komitəsinin sədri qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır. 

 
Eyni zamanda, Azərbaycanın bir çox ölkələrə humanitar yardım göstərilməsi istiqamətində donorluq və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, bu gün beynəlxalq təşkilatlar tərəfindən ölkədə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, onlara mənəvi dəstəkdir. Maddi dəyərindən asılı olmayaraq, BMT qurumları tərəfindən məcburi köçkünlərlə bağlı təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr yüksək qiymətləndirilib. 

 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qəbula görə minnətdarlığını bildirib. 

 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
10 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
07 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində videoqəbullar davam etdirilir
01 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib