"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1863
Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub
Görüşlər 14 May, 2019

Mayın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin ciddi mənəvi-fiziki zərbəyə, psixoloji sarsıntıya məruz qaldığını, əksəriyyətinin səhhətində problemlər yarandığını qeyd edərək, onlara davamlı və keyfiyyətli tibbi yardım göstərilməsinin vacib olduğunu bildirib.

 

Vurğulanıb ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hər il pulsuz tibbi müayinədən keçirilməsi ənənə halını alıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır. Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edir.

 

Dövlət Komitəsinin sədri beynəlxalq qurumların ölkəmizdəki humanitar fəaliyyətini yüksək qiymətləndirib. “Fuji Optical”ın 15 ildir həyata keçirdiyi missiyanın mühüm əhəmiyyət kəsb etdiyi, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərin hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla qeyd olunub. Akio Kanai isə, öz növbəsində, Azərbaycana səfərlərindən söz açıb, missiyanın uğurla həyata keçirilməsinə lazımi hökumət səviyyəsində göstərilən köməyə görə təşəkkürünü bildirib, bu humanitar missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

 

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib. Xatırladaq ki, missiyanın ölkəmizdə həyata keçirilməyə başlandığı 2005-ci ildən bu günə kimi 59 min yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2400-dək insanı müayinə edib.

 

 

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib