"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 468
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Görüşlər 14 May, 2019

Mayın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.

 

Bundan başqa, Suraxanı rayonu ərazisindəki keçmiş 1 saylı texniki peşə məktəbinin binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qrupu da qəbulda olublar. Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müraciət edən vətəndaşlara məlumat verilib ki, onlar mərhələli şəkildə yeni mənzillərlə təmin ediləcəklər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcəkdir.

 

Məcburi köçkünlərə bir daha bildirilib ki, Prezident İlham Əliyev onların problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu kateqoriyadan olan vətəndaşlar üçün müasir tipli qəsəbələrin salınması davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

 

Qeyd edək ki, ötən bir il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfəri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.

 

 

19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
10 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
07 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində videoqəbullar davam etdirilir
01 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib