"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 771
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib
Tədbirlər 10 May, 2019

Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndərin Komitədəki büstünün önünə gül qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində və dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açıblar. Qeyd edilib ki, parlaq xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və unudulmaz olan Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti daim Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsinə, sosial-iqtisadi potensialının artırılmasına, mədəni-mənəvi dəyərlərinin zənginləşdirilməsinə yönəlib. Xalqımızın dahi oğlu hələ sovet hakimiyyəti illərində, respublikaya rəhbərliyinin birinci dövründə geniş miqyaslı quruculuq işləri aparıb, milli oyanışa rəvac verən mühit yaratmağa nail olub. Məhz həmin dövrdə yaradılmış potensial və dəyərlər Azərbaycanın müstəqilliyi üçün möhkəm zəminə, suverenliyimiz üçün təminata çevrilib. Xalqımıza qarşı əsrlər boyu düşmənçilik edən erməni millətçiləri Azərbaycan əraziləri ilə bağlı çirkin niyyətlərini gerçəkləşdirmək cəhdlərinə də Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlyıb və bu niyyətlərinə qismən nail olublar. Belə fikir əminliklə bildirilib ki, əgər Ulu Öndər respublikada siyasi rəhbərlikdə olsaydı, nə Qarabağda separatçılıq baş qaldıra bilərdi, nə torpaqlarımız işğal edilərdi, nə də xalqımız qaçqınlıq, köçkünlük faciəsi ilə üzləşərdi. Azərbaycanın ən ağır vaxtında xalqın çağırışı ilə siyasətə qayıdan və özünəməxsus cəsarətlə müstəqil dövlət quruculuğuna başlayan Heydər Əliyev qısa müddətdə ölkəni iflasdan, xalqı ümidsizlikdən xilas etdi. Bir milyondan çox qaçqın və köçkünün problemlərinin həlli istiqamətində məqsədyönlü dövlət siyasətinin də əsası məhz bundan sonra qoyuldu. Ulu Öndər apardığı uğurlu xarici siyasətlə beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizin üzləşdiyi humanitar fəlakətə cəlb etdi, Qarabağ həqiqətlərini dünada düzgün dərkinə nail oldu. Müdrik və uzaqgörən rəhbərin təşəbbüsü ilə Neft Fondunun ilk vəsaitləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi və bu ənənə indi də davam etdirilir.

 

Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən dövlət başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm işlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin daha da gücləndirilməsində, xalqımızın rifahının yüksəldilməsində, cəmiyyətimizin sağlam siyasi-mənəvi prinsiplər əsasında inkişafında rolundan bəhs edilib. Dövlət Komitəsinin strukturlarına çalışan 30-dan çox əməkdaşın partiyaya üzv olmaq barədə müraciətinə baxılıb. *** Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi mayın 10-da Fəxri Xiyabanda da olub, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun önünə əklil və gül qoyublar.

 

 

02 İyun, 2020 / Tədbirlər “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır
18 May, 2020 / Tədbirlər Qobu Park yaşayış kompleksini içməli su ilə təmin etmək üçün yeni magistral kəmər çəkilib
09 May, 2020 / Tədbirlər Dövlət Komitəsinin sədri “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda keçirilən videokonfrasda iştirak edib
30 Aprel, 2020 / Tədbirlər Məcburi köçkünlər üçün "Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konsert proqramı təşkil edilib
15 Aprel, 2020 / Tədbirlər Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər
29 Mart, 2020 / Tədbirlər Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur
18 Mart, 2020 / Tədbirlər Məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb
11 Mart, 2020 / Tədbirlər Dövlət Komitəsinin nümayəndəsi Brüsseldə keçirilən tədbirdə iştirak edib
07 Mart, 2020 / Tədbirlər Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
04 Mart, 2020 / Tədbirlər Turnirin ən yaxşıları və müsabiqənin qalibləri mükafatlandırılıblar
26 Fevral, 2020 / Tədbirlər Xocalı soyqırımı qurbanlarının “Qobu Park”da işıqlı xatirəsi…
25 Fevral, 2020 / Tədbirlər Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar
24 Fevral, 2020 / Tədbirlər “Əsgərə salam” futzal turniri başa çatdı
21 Fevral, 2020 / Tədbirlər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
18 Fevral, 2020 / Tədbirlər “Əsgərə salam” futzal turnirində finalçılar məlum olub
17 Fevral, 2020 / Tədbirlər Qaradağlı faciəsinin 28-ci ildönümü qeyd edilib
17 Fevral, 2020 / Tədbirlər Kürdəxanıda məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
11 Fevral, 2020 / Tədbirlər Kürdəxanı qəsəbəsində məcburi köçkünlərə hüquqi yardım xidmətləri göstəriləcək
10 Fevral, 2020 / Tədbirlər “Əsgərə salam” futzal turniri davam edir
01 Fevral, 2020 / Tədbirlər Məcburi köçkün gənclər arasında “Əsgərə salam” adlı futzal turniri başlandı