"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2096
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib
Tədbirlər 08 May, 2019

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasına, daha sonra isə Azərbaycan ərazilərinin, o cümlədən Şuşa şəhərinin təcavüzkar Ermənistanın işğalına məruz qalmasına imkan yaradan siyasi və hərbi amillərdən danışıb. Qeyd olunub ki, məhz Ulu Öndər Heydər Əliyevin keçmiş sovet rəhbərliyindən və siyasi fəaliyyətdən təcrid edilməsindən sonra erməni millətçiləri xalqımıza qarşı düşmənçilik niyyətlərini həyata keçirməyə başlayıblar. Azərbaycanın o vaxtkı rəhbərliyinin cəsarətsizliyi və səriştəsizliyi nəticəsində ölkədə yaranmış xaos və özbaşınalıq təcavüzkara qarşı müqavimətin düzgün təşkilinə, torpaqlarımızın etibarlı şəkildə qorunmasına imkan verməyib. Tarixən Qarabağın alınmaz qalası olmuş Şuşa da, belə bir şəraitdə xəyanətə məruz qalıb, süquta uğrayıb. Şəhərin fədakar müdafiəçilərinin bir çoxu mütəşəkkil düşmən qüvvələri ilə üzbəüz döyüşdə şəxsi şüacət göstərərək şəhidlik zirvəsinə ucalıblar. 1992-ci il mayın 8-də Şuşaya daxil olan erməni dəstələri şəhəri viran qoyub, tarixi-mədəni abidələri məhv ediblər. Şuşanın müdafiəsi zamanı 195 nəfər azərbaycanlı həlak olub, 165 nəfər yaralanıb, 60-a yaxın mülki şəxs itkin düşüb. Şuşa rayonunun sayı 34 mindən çox olan əhalisi hazırda respublikanın 58 rayonunda müvəqqəti məskunlaşıb.

 

Diqqətə çatdırlıb ki, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün həyata keçirilən tədbirlər doğma yurddan didərgin düşmüş şuşalıları da əhatə edir.Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi qayğı göstərirlər. Onların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü iş aparılır. Qarabağın, o cümlədən Şuşanın tarixi-mədəni ənənələrinin qorunmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun mühüm xidmətləri də razılıq hissi ilə qeyd edilib. Vurğulanıb ki, bu gün Azərbaycan hərbi-siyasi gücü və iqtisadi imkanları sayəsində özünün ərazi bütövlüyünü bərpa etməyə, təcavüzkar Ermənistanın işğalına son qoymağa hazırdır. Belə bir inam ifadə olunub ki, Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət uğurla nəticələnəcək, Qarabağın hər guşəsində, o cümlədən onun nadir incisi olan Şuşada üçrəngli bayrağımız dalğalanacaq.

 

Tədbirdə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, yazıçı-publisist Mustafa Çəmənli, veteran-döyüşçülər Fuad Salahov, Sahib Musayev, Zakir Mürsəlov, Fəxrəddin Səfərov və başqaları çıxış edərək, Şuşanın tarixi, şəhərin işğalına səbəb olan amillər, müharibənin və köçkünlüyün fəsadları, həmçinin Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə ilə bağlı fikirlərini bölüşüblər. Dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fədakar və cəsarətli fəaliyyəti bütün məcburi köçkünlər kimi şuşalıların da ürəkdən bəyəndiyi və dəstəklədiyi bildirilib.

 

Tədbirin sonunda Şuşaya həsr edilmiş film nümayiş olunub.

 

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib