"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1711
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov mətbuat konfransı keçirmişdir.
Mətbuat xidmətinin məlumatı 13 May, 2011
2011-ci il Mayın 13-də Baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirmişdir. Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermiş, Azərbaycan Respublikası Prezidentinin indiyədək bununla bağlı üç Sərəncam imzaladığını diqqətə çatdırmışdır. Ə.Həsənov Prezident İlham Əliyevin imzaladığı 2004-cü il 1 iyul tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama edilmiş əlavələrin uğurla icra olunduğunu bildirmişdir. Komitə sədri məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamından irəli gələn məsələlər barədə də ətraflı məlumat vermişdir. Ə.Həsənov bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Ə.Həsənov bu günədək qaçqın və məcburi köçkünlər üçün 3,7 milyard manat vəsait xərcləndiyini, bunun 2,1 milyard manatı dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsait olduğunu diqqətə çatdırmışdır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün işlərin sürətlə aparıldığını deyən Ə.Həsənov, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 552 evin istismara veriləcəyini bildirmişdir. Hazırda Goranboy rayonundakı beşmərtəbəli doqquz binanın tikinti işləri bu il başa çatacaqdır. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcək və Naftalan sanatoriyası tam boşaldılacaqdır. Yaxın günlərdə Mingəçevirdə də doqquzmərtəbəli 10 binanın tikintisinə başlanacaqdır. Komitə sədri son zamanlar bəzi qəzetlərdə Ermənistan qaçqınlarının sənədlərinin guya komitə tərəfindən yandırıldığı barədə yayılan yanlış məlumatlara da aydınlıq gətirərək qeyd etmişdir ki, Ermənistandan olan qaçqınların hamısının sənədlərinin əsli özlərində saxlanılır və heç bir sənədin yanmağından söhbət gedə bilməz. Sonda Əli Həsənov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir