"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 524
Dövlət Komitəsinin Sədri vətəndaşları qəbul edib
Görüşlər 07 May, 2019

Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

 

Dövlət Komitəsinin Sədri əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.

 

Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.

 

Xatırladaq ki, Dövlət Komitəsinin Sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

 

 

19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
10 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
07 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində videoqəbullar davam etdirilir
01 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib