"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib
Tədbirlər 07 May, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd Rayon Tuğ Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Bakıda Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı ilə çıxış edib.

 

Tədbirdə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımızın tarixi taleyində əvəzsiz yeri olduğu, müasir Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardığı, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlər qazandığı qeyd olunub.

 

Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətlə fəaliyyət göstərdiyi, bu münaqişədən əziyyət çəkən insanların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü iş apardığı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib. Tədbir iştirakçılarına hazırda işğal altında Xocavənd rayonunun tarixi-mədəni abidələri və Tuğ kəndi haqqında məlumat verilib. Bildirilib ki, Xocavənd ərazisində xalqımıza məxsus çoxlu sayda dünya və respublika əhəmiyyətli memarlıq və mədəniyyət abidələri vardır. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonu təcavüzkar Ermənistanın işğalına məruz qaldıqdan sonra bu abidələrin bir çoxu məhv edilib, bəzilərinin isə erməniləşdirilməsinə cəhdlər göstərilib. Xalqımızın qədim yaşayış məskənlərindən olan Tuğun 2 min nəfərlik azərbaycanlı əhalisi hazırda məcburi köçkün vəziyyətindədir.

 

Azərbaycanın ilk dünyəvi təhsil ocaqlarından biri də XIX əsrdə bu kənddə yaradılıb. Dövlətimizin başçısının 31 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Tuğ kənd orta məktəbinin 125 illiyi yüksək səviyyədə qeyd edilib. Kənddə uşaq musiqi məktəbi isə 1990-cı ildə fəaliyyətə başlayıb. İşğaldan sonra məktəb Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti sığınacaq tapıb. 2013-cü ildən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində faəliyyətini davam etdirir. Məktəbdə şagirdlər fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik və saz ixtisası üzrə ilkin musiqi təhsili alırlar.

 

Konsertdə məktəbin müəllim və şagirdləri müxtəlif janrlarda musiqi parçaları ifa ediblər. Maraqlı bədii kompozisiya, həmçinin şeir və rəqs nömrələri ilə zənginləşdirilib.

 

 

13 İyul, 2019 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib
02 İyul, 2019 / Tədbirlər Cenevrədə “Azərbaycanda məcburi köçkünlərin insan hüquqları – tərəqqi və təhdidlər” adlı tədbir keçirilib
24 İyun, 2019 / Tədbirlər Gənclər üçün növbəti festival keçirilib
24 İyun, 2019 / Tədbirlər Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib
19 İyun, 2019 / Tədbirlər “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
14 İyun, 2019 / Tədbirlər Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
31 May, 2019 / Tədbirlər Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
18 May, 2019 / Tədbirlər Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
10 May, 2019 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib
08 May, 2019 / Tədbirlər Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib
08 Aprel, 2019 / Tədbirlər Dağlıq Qarabağda məcburi köçkünlərə təlim keçiblər
05 Aprel, 2019 / Tədbirlər Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
02 Aprel, 2019 / Tədbirlər Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib
01 Aprel, 2019 / Tədbirlər Dağlıq Qarabağda və Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağacəkmə aksiyası keçirildi
19 Mart, 2019 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
18 Mart, 2019 / Tədbirlər Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
14 Mart, 2019 / Tədbirlər Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər
11 Mart, 2019 / Tədbirlər Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb
07 Mart, 2019 / Tədbirlər Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
25 Fevral, 2019 / Tədbirlər Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib