"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 324
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib
Tədbirlər 07 May, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd Rayon Tuğ Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Bakıda Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı ilə çıxış edib.

 

Tədbirdə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımızın tarixi taleyində əvəzsiz yeri olduğu, müasir Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardığı, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlər qazandığı qeyd olunub.

 

Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətlə fəaliyyət göstərdiyi, bu münaqişədən əziyyət çəkən insanların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü iş apardığı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib. Tədbir iştirakçılarına hazırda işğal altında Xocavənd rayonunun tarixi-mədəni abidələri və Tuğ kəndi haqqında məlumat verilib. Bildirilib ki, Xocavənd ərazisində xalqımıza məxsus çoxlu sayda dünya və respublika əhəmiyyətli memarlıq və mədəniyyət abidələri vardır. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonu təcavüzkar Ermənistanın işğalına məruz qaldıqdan sonra bu abidələrin bir çoxu məhv edilib, bəzilərinin isə erməniləşdirilməsinə cəhdlər göstərilib. Xalqımızın qədim yaşayış məskənlərindən olan Tuğun 2 min nəfərlik azərbaycanlı əhalisi hazırda məcburi köçkün vəziyyətindədir.

 

Azərbaycanın ilk dünyəvi təhsil ocaqlarından biri də XIX əsrdə bu kənddə yaradılıb. Dövlətimizin başçısının 31 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Tuğ kənd orta məktəbinin 125 illiyi yüksək səviyyədə qeyd edilib. Kənddə uşaq musiqi məktəbi isə 1990-cı ildə fəaliyyətə başlayıb. İşğaldan sonra məktəb Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti sığınacaq tapıb. 2013-cü ildən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində faəliyyətini davam etdirir. Məktəbdə şagirdlər fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik və saz ixtisası üzrə ilkin musiqi təhsili alırlar.

 

Konsertdə məktəbin müəllim və şagirdləri müxtəlif janrlarda musiqi parçaları ifa ediblər. Maraqlı bədii kompozisiya, həmçinin şeir və rəqs nömrələri ilə zənginləşdirilib.

 

 

21 Yanvar, 2020 / Tədbirlər Bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
21 Yanvar, 2020 / Tədbirlər “Əsgərə salam” aksiyası davam edir
17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
16 Yanvar, 2020 / Tədbirlər Taxtakörpü ərazisindəki üç yeni qəsəbənin ikisində laçınlı məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb
30 Dekabr, 2019 / Tədbirlər Göygöl rayonunda məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub
29 Dekabr, 2019 / Tədbirlər Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
28 Dekabr, 2019 / Tədbirlər Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib
27 Dekabr, 2019 / Tədbirlər Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
27 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib
25 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib
24 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərə 253 vakant iş yeri təklif olunub
19 Dekabr, 2019 / Tədbirlər Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun
14 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
11 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsinin sədri və Almaniyanın ölkəmizdəki səfiri Mingəçevirdə gənclərlə görüşüblər
10 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
09 Dekabr, 2019 / Tədbirlər “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib
29 Noyabr, 2019 / Tədbirlər 833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
19 Noyabr, 2019 / Tədbirlər Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
02 Noyabr, 2019 / Tədbirlər Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir